Mən Elşən Həsənov satınalma sahəsində on ilə yaxın intensiv fəaliyyətim müddətində müxtəlif nüfuzlu dövlət və özəl təşkilatların (bax: LinkedIn) tanınmış beynəlxalq və yerli layihələrində satınalmaçı kimi təcrübə qazanmışam. Bu günə qədər çalışdığım müəssisələrdə ümumi dəyəri bir milyard dollardan artıq olan yüzdən çox satınalmanın keçirilməsini və bağlanmış müqavilələrin idarə edilməsini təşkil etmişəm. Bununla yanaşı beynəlxalq, dövlət və özəl təşkilatların keçirdiyi satınalmalarda iştirak etmək istəyən onlarla təchizatçıya da məsləhətçilik xidmətləri göstərmişəm. Hal-hazırda da bu sahədə fəaliyyətimi daha geniş çərçivədə davam etdirməkdəyəm.
Türkiyənin Boğaziçi Universitetində bakalavr, İngiltərədə isə Herriot-Watt universitetinin Edinburgh Business məktəbində magistr üzrə MBA təhsili almışam. Həmçinin satınalma sahəsində nüfuzlu Chartered Institute of Procurement and Supply yəni CIPS-in üçüncü səviyyə sertifikasiyasına sahibəm.
Bundan başqa dörd ildən çoxdur ki, təchizat zəncirinin idarə olunmasına dair yüzlərlə məlumat, məqalə, xəbər, tender və iş elanlarının paylaşıldığı və müxtəlif sosial şəbəkələrdə ümumilikdə altı mindən çox izləyicisi olan Tender-Satınalma-Təchizat səhifəsini idarə edirəm.
Hal-hazırda dövlət satınalmalarına nəzarət orqanında (İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarında Nəzarət Dövlət Xidmətinin, Dövlət satınalmaları şöbəsi = köhnə Satınalmalar üzrə Dövlət Agentliyi) çalışıram və dövlət satınalmalarını tənzimləyəcək yeni qanun layihəsini, o cümlədən qanunvericilik sənədlərini hazırlayan komissiyanın üzvüyəm.