Azərbaycanın Milli Aviasiya Akademiyasını və Türkiyənin Uludağ Universitetini bitirmişəm. Təhsilimi başa vurduqdan sonra Türkiyədə bir çox şirkətdə QA mühəndisi kimi çalışmış, həmçinin Flutter ilə mobil tətbiqlər və proqramlar hazırlamışam. 7 illik QA mühəndisi təcrübəmi sizlərlə bölüşmək və ana dilimizdə kurslar hazırlamağı özümə borc bildim. Hal-hazırda ABB Bank-da QA mühəndisi olaraq fəaliyyət göstərirəm və tezliklə Udemy platformasında təlimçi kimi bilik, təcrübə və metodologiyalarımı paylaşmağı planlaşdırıram.