
This course includes our updated coding exercises so you can practice your skills as you learn.
See a demo
Salam.
Kursa xoş gəlmişsiniz. Biz Amerikada yaşayaraq və QA sahəsində çalışaraq sizə Manual QA dərslərini təqdim edirik. Qeyd olunan mövzuları öyrəndikdən sonra siz iş tapmağa daha da yaxın olursunuz. Bu yolu keçib iş tapanlar artıq var və ona görə sizə maksimum dəstək göstərəcəyik ki, siz bu kursu uğurla bitirəsiniz. Kursa diqqətlə baxmaq və qeydlər götürmək zəruridir. Suallarınız yarandığı halda mütləq bizə müraciət edin. Sizə kursu mənimsəməkdə uğurlar arzu edirik. QEYD: Keçdiyimiz mövzuları öyrənib fəqrli sahədən İT sahəsinə keçid edənlərimiz də var.
00:00 Salamlaşma və mövzu
00:13 Proqram təminatı nədir?
00:50 Proqram təminatının növləri
01:03 System Software
02:08 Programming Software
02:44 Application Software
03:39 Sağollaşma
Agile principles:
Customers do no need to wait for a longer time.
We develop, test, and release software to the customer with few features.
We can accept/accommodate requirement changes.
Communication between Customer, Business Analyst, Developers & Testers.
Advantages:
1. Requirement changes are flexible
2. Frequently release, reduces issues amount
3. Fast Delivery, business is going, no need to wait
4. Communication between teams, better business understanding for all of them
5. Easy model to adopt
6. No need to wait for another team to start work
Disadvantages:
1. Less focus on design and documentation
1. Product Owner
Define the features of the product
Prioritize features according to market value
Adjust features and prioritize every iteration as needed
Accept or reject work results
2. Scrum Master
Facilitating and driving the agile process
3. Software Engineer:
Achieve the goals defined for each sprint
4. Software Tester:
Finding out defects or bugs in the product
Scrum Terminology:
1. User Story: A feature/module in a software
2. Epic: Collection of user stories
3. Product backlog: list of user stories. prepared by the product owner
4. Sprint/Iteration: Period to complete user stories decided by the product owner and team, 2-4 weeks usually.
5. Sprint Planning: What can be delivered in the sprint
6. Sprint backlog: User stories for sprint
7. Scrum/Stand up: Scrum master 15-minute meeting. have done yesterday, planned for today, any blockers
8. Sprint retro: The team is discussing what was good and bad during the sprint
9. Story point: Dev and QA estimate stories for the sprint
10. Burndown chart: how much work remaining in the sprint. Maintained by the scrum master. (draw graphic to show)
Dərsin məzmunu:
Testing hansı hissələrə bölünür (İerarxiya)
Static Testing Texnologiyaları
Unit Testing Nədir (qısaca)
İntegration Testing Nədir (qısaca)
System Testing Nədir (qısaca)
UAT Testing Nədir (qısaca)
Əhatə edəcəyimiz mövzular:
QA - Quality Assurance
QC - Quality Control
QE - Quality Engineer
Dynamic Testing daxilində White və Black Box Testingdir. White box testing developerlər tərəfindən edilir. Black Box testing isə daxilində System Testing və User Acceptance Testing (UAT) toplayır. System Testingin daxilində User İnterfeys testing, Functional, Non-Functional, Usability Testing vardır. UAT isə Alfa və Beta Testingdən ibarətdir. UAT Testing prosesinin son mərhələsidir.
Dərsdə System Testing nədən ibarətdir və onun daxilində olan
1. Graphical User Interface (GIU) testing
2. Usability testing
3. Functional testing
4. Non-functional testing
haqqında danışırıq. Videonu diqqətlə izləyin və qeydlərinizi götürün. Sualınız yaranarsa, mütləq soruşun.
Regression testing ilə bağlı məqaləni də oxuya bilərsiniz medium səhifəmizdə. Resurslara əlavə edəcəm. Regression nədir və nə üçün edilir, əlavə olaraq hansı növləri olduğunu da öyrənirsiniz.
Üç əsas suallara burada cavab tapacağıq:
Build nədir?
Release nədir?
Nə cür releaselər olur və versiyalamaya necə təsir edir?
Retesting nədir?
Smoke və Sanity testing. Aralarında olan fərq.
Positive Testing - Test Case üçün istifadə etdiyimiz məlumat gözlənilən məlumatdır. Yəni deyək bizim bir form var və həmin formu doldurarkən ancaq müsbət cavab alacağımız məlumatı qeyd edirik və nəticədə uğurlu sonluq almağı yoxlayırıq.
Neqativ Testing - Bizim icazə verilməyən, yəni xəta verilməsi üçün bütün variantları istifadə edərək uğurlu nəticəni almayacağımızı gözləyirik. Əgər göxlənilər xəta mesajı və s. nəticə olaraq gəlirsə, o zaman yoxlama uğurla sonlandı deyə bilərik. Əks halda gözləntilərimiz doğrulmadı deyərək, yoxlamanın uğursuz olduğunu bildiririk.
Yoxlama texnikaları:
1. Equivalence Class Partitioning - ECP
2. Boundary Values Analysis - BVA
3. Decision Table – DT
4. State Transition
5. Error Guessing
Əlavə oxumaq üçün guru99 saytını məsləhət görə bilərəm.
İşlədiyiniz şirkətdən asılı olaraq, bu testinglərə fikir verən ya verməyən ola bilər. Sizin bilməniz yaxşıdır.
Defect və Bug haqqında danışırıq, Priority və Severity nə olduğunu növbəti dərsdə daha ətraflı baxacağıq.
Burada Test Closure haqqında danışdıq. Test Metrics haqqında növbəti dərsdə danışacağıq.
Understanding the requirements and functional specifications of the application.
Identifying the required Test Scenario
Designing Test Cases to validate application
Setting up Test Environment (Test Bed)
Execute test cases to a valid application
Log Test results ( How many test cases pass/fail )
Defect reporting and tracking.
Retest fixed defects of the previous build
Perform various types of tests in the application
Reports to test lead about the status of assigned tasks
Participated in regular team meetings.
Creating automation scripts
Provides recommendations on whether or not the application/system is ready for production
1. Giriş
Sənədin Məqsədi
Testin Əhatə dairəsi
Məqsədlər
2. Test Məqsədləri və Əhatə Dairəsi
Əhatə Daxilində Olan Elementlər
Əhatə Xaricində Olan Elementlər
3. Test Yanaşması
Test Səviyyələri (Vahid, İnterqrasiya, Sistem, İstifadəçi Qəbulu Testi - UAT)
Test Növləri (Funksional, Qeyri-Funksional, Performans, Təhlükəsizlik)
Test İcra Prosesi
4. Test Mühiti
Avadanlıq Tələbləri
Proqram Tələbləri
Test Məlumatı Tələbləri
5. Test Alətləri
Test İdarəetmə Alətləri
Avtomatlaşdırma Alətləri
Performans Testi Alətləri
6. Test Təqdimatları
Test Planı
Test Ssenariləri
Test Skriptləri
Test Xülasə Hesabatları
Qüsur Jurnalları
7. Rollar və Məsuliyyətlər
Test Meneceri
Test Lideri
Test Mühəndisləri
8. Qüsur İdarəetməsi
Qüsur Həyat Dövrü
Qüsur İzləmə Aləti
Qüsur Hesabatı Təlimatları
9. Test Cədvəli və Əsas Mərhələlər
Test Planlaşdırması
Test İcra Qrafiki
Əsas Mərhələlər və Təqdimatlar
10. Risk İdarəetməsi
Potensial Risklər
Azaltma Strategiyaları
Fövqəladə Hallar üçün Planlar
11. Giriş və Çıxış Kriteriyaları
Hər Faza Üçün Giriş Kriteriyaları
Hər Faza Üçün Çıxış Kriteriyaları
12. Metriklər və Hesabat
Test Əhatə Metrikləri
Qüsur Sıxlığı
Test İcra Proqress Hesabatları
13. Kommunikasiya və Eskalasiya Planı
Kommunikasiya Kanalları
Eskalasiya Matrisi
14. Dəyişiklik İdarəetmə Prosesi
Tələblərdə Dəyişikliklərin İdarə Olunması
Təsir Analizi
15. Nəticə
Strategiyanın Xülasəsi
Təsdiq və İmza
Videoda Google Sheet haqqında daha çox danışıram. Əsas məqsəd sizə belə bir alətin olması və işinizə təxminən necə yaraya bilər kimi anlayışı gətirməkdir. Siz ola bilsin MS Excel istifadə edəsiniz, amma Manual QA üçün bu o qədər də, fərq etməyəcək. Çünki lazım olan funksionallıq oxşardır bir çox platformalarda. Detalları isə işlədikcə biləcəksiniz.
Postman APİ-lara client kimi müraciət etmək üçün istifadə olunan bir proqram təminatıdır. Manual APİ testing üçün istifadə edirik.
Məqaləmiz: https://aytiqaqash.medium.com/sql-əsasları-22f8e3499415
Videoda olan sorğular:
SELECT * FROM courses ORDER BY id DESC;
SELECT * FROM branches ORDER BY id ASC ;
SELECT * FROM courses c
LEFT JOIN branches b on c.id = b.course_id
WHERE b.id is NOT NULL
ORDER BY c.id ASC;
SELECT * FROM courses c
RIGHT JOIN branches b on c.id = b.course_id WHERE c.id is NOT NULL;
SELECT * FROM courses
INNER JOIN branches b on courses.id = b.course_id;
SELECT * FROM courses c
FULL JOIN branches b on c.id = b.course_id
WHERE c.id is null or b.id is null;
Çalışdım Decision Table nə olduğunu digər nümunə üzərində izah edim. Yenə də aydın olmasa, sual verməkdən çəkinməyin.
Tapşırıq:
Given a date in the format of day-month-year, find the next date.
Conditions:
Day (D): 1 <= Day <= 31
Month (M): 1 <= Month <= 12
Year (Y): 1800 <= Year <= 2048
Bu dərs Youtubeda da var, bura əlavə etdim ki, kursun təcrübə hissəsi kimi olsun. Növbəti dərslər də olacaq.
Dərsin əsasında bu saytın əsas səhifələri üçün Test Ssenariləri yazın: https://demo.nopcommerce.com/
Şəkil üzərindən Epic yaradıb orada epic daxilində hansı tələbləri əhatə edəcəyimizi qeyd etmişəm. Sizin məqsədiniz Epic adını, "Epic Descriptionda" yazılanları nəzərə alaraq maksimum mümkün olan ssenariləri bacardığınız kimi yazmaqdır. Elə etməlisiniz ki, həmin ssenarilər bütün tələbləri əhatə etsinlər. Tapşırığı bitirdikdən sonra mənə xəbər edin. Uğurlar.
Manual Quality Assurance Testing. Əlnən keyfiyyətin təminatının yoxlanması.
Kurs sıfırdan Testing sahəsini mənimsəmək üçün və Manual Tester kimi işə başlamaq üçün lazım olan bütün mövzuları əhatə edib, sizi bu sahədə iş tapmağa daha da yaxın edəcək. Kursda biz proqram təminatını kod yazmadan yoxlamaq üçün lazım olacaq texnologiyaları, metodikaları və yanaşmaları müzakirə edəcəyik. Kurs məqsədyönlü şəkildə sizlər üçün hazırlanıb. Ona görə kursda mövzuların müddəti əbəs yerə uzanmır. Kursda İntervyuda düşə biləcək sualları da nəzərinizə çatdırırıq. Əlavə olaraq sizə daimi dəstək göstərərək kursu daha da keyfiyyətli edirik.
Kursu bir neçə hissəyə bölərək aydın bir struktur formasına gətiririk. Kursda Ümumi Software (Proqram Təminatı) haqqında məlumat verildikdən sonra, İstifadə oluna biləcək metodologiyalardan danışırıq. Nəzərə alın seksiyalara videolar sonradan da əlavə edilə bilər. Öyrəndiklərinizi nə dərəcədə yaxşı mənimsədiyinizi yoxlamaq üçün test və sorğular keçirəciyik. Zəhmət olmasa əgər çətinliyiniz varsa, mütləq şəkildə bizə müraciət edin.
Manual QA Haqqında:
Hazırda Amerika və Avropada çox inkişaf etmiş Testing sahəsi demək olar bütün proqram təminatı hazırlayan və ya öz daxili proqramçıları olan şirkətlər Testing etmədən produktunu istifadəyə vermir. Çünki xətalar müxtəlif fəsadlar gətirə bilər. Paylaşdığımız dərslərdən biri Testingin nəyə lazım olduğundan danışır. Mütləq həmin dərsi izləyin.
Deyirlər bəs Manual QA artıq lazım deyil...
Automation Manual tərəfindən edilmiş təkrarlanan testləri kompyuter tərəfindən edilməsi üçün lazım olur. Qeyd edim ki, neçə illər işləyib reallıqda 3 Manual Tester olarkən 0 ya 1 Automation Tester olur. Yəni resurs olaraq insana həməşə ehtiyac var. Hətta bəzən şirkətlər bütün regressionları belə Manual qaydada edir. Dediklərim daha çox Amerika bazarına aiddir. Ona görə düşünürəm Manual Testing-i bilmək zərüridir. QEYD: Automation-a keçid etmək üçün də əvvəl Manual tərəfini bilməlisiniz.
Terminləri ingilis dilindədir:
Bəli, terminlər ingilis dilindədir. Beləliklə həmin sözlər sizə artıq tanış olacaq və müsahibəni keçmək daha çox rahat olacaq. Azərbaycan dilində izahını və tərcüməsini əlavə edərik əgər ehtiyac olarsa. Azərbaycan bazarında da siz bu biliklərinizi istifadə edib, keyfiyyətli proqram təminatını hazırlamaq da önəmli rol oynaya bilərsiniz.
Kurs hal-hazırda yenilənməyə davam edir. Proqram Təminatının Yoxlanmasının Həyat Dövründə bütün addımları mənimsəyib müxtəlif testing (yoxlama) növlərini öyrənəcəksiniz.