Salam, dostum. Mənim adım Ziyadır. Mən Amerikada Sr. QA Engineer olaraq çalışıram. Əvvəl php vasitəsi ilə kod yazdığım da olub. Ali təhsilim Memarlıq və İnşaat Universitetindən İnformasiya Texnologiyaları və Sistemləri üzrə mühəndis olaraq almışam. Daha sonra magist pilləsini Azərbaycan Dövlət Neft və Sənayə Universitetinin MBA fakültəsində IT Management təhsilini də uğurla başa vurmuşam. Qeyd edim ki, təhsil almaq heç vaxt bitmir. Davamlı olaraq öz üzərimdə çalışıb, müxtəlif sahələrdə özümü sınayıb, müxtəlif kursları keçib yenə də oxumalı oluruq. Məktəb illərindən fərqi artıq istədiyimi daha həvəslə oxuyuram. QA sahəsi mənim üçün maraqlı, İT sahəsinin müxtəlif qollarını özündə toplayan bir sahə kimi gəlir.