Udemy
    •  
    •  
    •  
    •  
    •  
    •  
    •  
    •  
Turn what you know into an opportunity and reach millions around the world.
Learn More
Your cart is empty.
Keep shopping
Git dərsləri (Azərbaycan dilində). Fərqli izah.
Highest Rated
Rating: 4.8 out of 5(40 ratings)
1,645 students

Git dərsləri (Azərbaycan dilində). Fərqli izah.

Əsasları artıqlaması ilə. By Aytiqaqaş
Created byAyTi Qaqaş
Last updated 4/2022
Azerbaijani

What you'll learn

  • VCS Konseptini və işləmə mexanizmi. Strategiyalar və budağlanması.
  • Github sistemində qeydiyyat keçmək və istifadəsi.
  • Git repozitoriya yaratmaq, add, commit, push, pull, restore, checkout, reset, remote, rebase və s. əmrlər
  • Kursu bitirdikdən sonra siz git sistemlərinin işləmə prinsiplərini biləcəksiniz.

Course content

6 sections38 lectures2h 28m total length
  • Versiyanın Control (idarə etmə) Sisteminin Konsepti.5:29

    Videonu diqqətlə izləmiş tələbələr, versiyanın idarə etmə sisteminin konseptini anlayacaqlar və git sisteminin öyrənilməsinə ilk addımlarını atmış olacaqlar.

  • Blok et - Dəyiş - Blokdan çıxart strategiyası3:29

    Blok et - Dəyiş - Blokdan çıxart ( Lock - Modify - Unlock ) strategiyası versiyanın kontrolu VCS VKS videoda versiyanın kontrolunun strategiyalarından biri haqqında danışılır. Bu strategiya SCCS və VALUT platformalarında istifadə olunur. Bilmək yaxşı olar. Biz bu strategiyadan istifadə etməsəkdə bizə faydalı olacaq bunu da bilmək. Versiya kontrol sistemlərini tanımaq müsbət haldır. Proqramlaşdırmada geniş istifadə olunmağına baxmayaraq, digər sahələrin də istifadəsinə yararlıdır. Misal kimi kitab, mahnı, şeir və s. yazmağı gətirə bilərəm.

  • Kopyala Dəyiş Birləşdir Strategiyası4:35

    Versiyanın kotrol sisteminin növbəti strategiyasını izah edirik. Nümünə kimi Namiq və Aygünün mahnı yazmağını götürmüşük.

  • Git nədir və üstünlüyü3:16

    Videoda gitin yaranma tarixi, kim tərəfindən yaradıldığı, harada istifadə olunduğu və imkanları haqqında qısaca danışırıq. GİT mövzusunda olan videoları qaçırmayın, olduqça maraqlıdır. Diqqətiniz üçün minnətdaram.

Requirements

  • Kompyuterdən istifadə etmək bacarığı
  • Azərbaycan dilini başa düşmək
  • Həvəs
  • Proqramlaşdırma dilini bilmək zəruriyyəti yoxdur. Sadə misallar üzərindən izah edirəm.

Description

Salam.

Təqdim etdiyim kursda siz git sistemi ilə daha yaxından tanış olacaqsınız. Bir çox "nəyə görə?" suallarına cavab tamaq olacaq. Qısa videolar sayəsində videolardan üzülməyib, kursu rahat başa vura biləcəksiniz. Kurs istənilən halda xeyirlidir, çünki kifayət qədər informativ və maraqlıdır. Təxminən 3 saat vaxt ayırıb, git sistemini öyrənə biləcəksiz. Proqramlaşdırma ilə əlaqəli istənilən vakansiya üçün git sistemini billmək vacib şərtlərdən biridir. Bu gün bunu öyrənməklə, siz sabah daha dəyərli kadr olacaqsınız. Kursu uğurla bitirməyiniz üçün maksimum dəstəyi göstərməyə hazıram.

Kurs haqqında şəxsi fikirlərim:

Kurs 4 bölümdən ibarətdir. İlk bölümlər zənnimcə əsaslardır. Yəni ilk 3 bölümdə olanları bilmədiyiniz halda, "git sistemini bilirəm" demək sizin dürüstlüyünüzdə şübhə doğurur. Faktiki olaraq 4cü bölümü də bilmək lazımdır ki, git sistemindən rahat faydalanasız. Bəzi videolar sırf informativ xarakterlidir. Onları praktik istifadə etmək təcrübə ilə gələcək. Kursu bitirdikdən sonra yenidən videoları izləməniz tövsiyyə olunur.

Minnətdarlıq və gözləntilər:

Kursu yaratdıqdan sonra, kursu udemy platformasına yükləmək təklifini edən Anvar Khalidə minnətdarlığımı bildirirəm. Gözləntilərim kursdan maksimum yararlanıb, çətinliklərinizi fəth edərək məni sevindirəcəksiniz. Gitlə bağlı təklifləriniz və fərqli mövzuları müzakirə etmək istəsəniz bizim discord akkauntumuz var, əlavə olaraq bizim telegram grupumuza daxil ola bilərsiniz. Facebook səhifəmizdə sizlər üçün fəaliyyət görsədir.


Arzular:

  1. Azərbaycan dilimizdə keyfiyyətli kontendən cavan nəsillərimizin yararlanması.

  2. Məktəb və universitet proqramlarına git mövzuların daxil edilməsi.

  3. Türk qardaşlarımızın da bizim dərslikləri izləməsi.

Who this course is for:

  • Developer olmaq istəyənlər üçün.
  • Testing sahəsində işləmək istəyənlər üçün
  • İT sahəsində git sistemlərini hamı bilməlidir.
  • İT sahəsindən kənarda da istifadə etmək olar.