Tural Dadaşov
İnsan resursları və Təşkilati inkişaf sahəsi üzrə ekspert
About me
Tural Dadaşov “Qafqaz” Universitetinin İqtisadiyyat fakültəsinin Dövlət və İnzibati idarəetmə ( təhsil dili ingilis) ixtisaslaşması üzrə bakalavr təhsili alıb. İlk magistr dərəcəsini Bakı Mühəndislik Universitetinin Dövlət Strukturlarında Menecment ixtisası üzrə əldə etmişdir (98.85 GPA -Universitet birinciliyi ilə) . Hal-hazırda təhsilinə Azərbaycan Milli Elmlər Akademiyasında Beynəlxalq Münasibətlər üzrə PHD.c dərəcəsi üzrə davam edir. Azərbaycanda bakalavr təhsili alarkən iş həyatına başlayan Tural Dadaşov professional karyerasınına Unibank KB -da işə qəbul və insan resursları üzrə exspert olaraq başlayıb.
Daha sonra amerika əsaslı “Finca İmpact Finance”-in Azərbaycan bölməsində İşə qəbul və heyyətin inkişaf koordinatoru kimi peşəkar karyerasında irəliləyib. İnsan Kapitalının İnkişafı üzrə beynəlxalq akkreditasiyalara sahibdir,eyni zamanda Microsoft şirkəti tərəfindən “MCT” ( Microsoft Certified Trainer ) ünvanına layiq görülmüşdür.
O, öyrənmə və inkişaf, strateji menecment , insan resursları analitikası, təşkilati inkişaf , təşkilati mühit, korporativ inkişaf, performansın idarə edilməsi, korporativ akademiya, proseslərin idarə edilməsi, layihənin idarə edilməsi, strateji inkişaf və insan kapitalının inkişafı üzrə ixtisaslaşmışdır. Dünyada İnsan Resursları üzrə ən qabaqcıl Human Resources Certification Institute, 1976-cı ildə yaradılmış dünyanın İnsan Resursları üzrə ən tanınmış sertifikatlaşdırma qurumunun ölkəmizdə rəsmi təmsilçisi və akkreditə olunmuş peşəkar təlimçisidir.
Tural Dadaşov həmçinin yanvar ayının 28-də ölkəmizin paytaxtında ilk dəfə baş tutan “İnsan kapitalının inkişafı və gələcək innovasiyalar” şüarı altında keçirilən “Baku International HR Forum” – da “HR FUTURE LEADER”( Gələcək HR LİDER) mükafatına layiq görülüb. rəhbəri olaraq çalışır. Eyni zamanda pedaqoji fəaliyyəti çərçivəsində Azərbaycan Dövlət İqtisad Universitetində Karyera planlamsı , yumşaq bacarıqlar ( bakalavr) və strateji menecment fənlərini tədris edir.( MBA- tədris dili ingilis)