Anar Sənani
Head of Human Resources Salary and Analysis Division
About me
1993-cü ildə Lerik rayonunda anadan olmuşam.
2014-cü ildə Bakalavar təhsilimi Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakultəsi üzrə müvəffəqiyyətlə başa vurmuşam.
Professional iş həyatına 2017-ci ilin yanvar ayından "ADY QSC"-də yeni tətbiq edilmiş "ORACLE" proqramının İnsan Resursları üzrə modulunda əmək haqqı mühasibi kimi başlamışam. Daha sonra aparıcı mütəxəssis və Bölmə müdiri vəzifəsinə qədər yüksəlmişəm.
2018 ci ildən etibarən ölkənin topdan və pərakənda satış sektorunda öndə olan "Veysəloğlu Şirkətlər Qrupu"-da İnsan Resursları mütəxəssisi olaraq çalışmağa başladım. Hal hazırda İnsan Resursları Əmək haqqı və Təhlil Bölmə müdiri vəzifəsində işimi müvəffəqiyyətlə davam edirəm.
Microsoft excel üzrə 2019-da Şirkətlər qrupunda TOT daxili təlimçi layihəsini müvəffəqiyyətlə bitirib Şirkət daxili təlimlərə başlamışam. Şirkət daxili müxtəlif qruplara Excel dərsliyinin tədrisi və kənar qruplara təlimlərin keçirilməsini həyata keçirmişəm;
İnsan Resursları sahəsi üzrə məlumatların excelə importu və dataların analizi, İnsan Resursları üzrə istənilən hesabatların hazırlanması, Logistika sahəsi üzrə anbar yerləşmə proseslərinin optimallaşdırması və s. layihələrini icra etmişəm.