
Mən Kənan Yusubov, Computer Engineering üzrə bakalavr və magistr təhsilimi bitirmişəm və 4 ildən çoxdur ki, Flutter sahəsində çalışıram. Hal-hazırda bu sahə üzrə Expert vəzifəsindəyəm. Öz biliklərimi genişləndirmək, bildiklərimi paylaşmaq üçün video dərslər, məqalələr hazırlayıram.
4 il ərzində, Flutter-də çox kod yazmağıma baxmayaraq, hər gün yeni informasiya əldə etmək, yazdığımız kodları xoşlamamaq ehtimalı çox olur. Buna görə də, yeni mövzularda inkişaf etmək lazım gəlir. İstifadə etdiyimiz tool-lardan asılı olmayaraq, ümumi mövzuları, arxitektura, SOLID, Clean Code, DDD kimi mövzuları gücləndirmək hal-hazırda developerlər üçün daha çox əhəmiyyət kəsb edir. Buna görə də, hal-hazırda bu kursu, qeyd olunmuş mövzuları tətbiq etməkdə əziyyət çəkən, öyrənmək istəyən şəxslər üçün hazırladım.
Kursun əsas məqsədi, Flutter-də, ümumi SE (Software Engineering) prinsipləri olan - Abstraction, Clean Code, Modularization, Testing, SOLID və s kimi mövzulara toxunmaqdır. Kurs aşağıdakı mövzuları əhatə edir:
- Melos, Monorepo Architecture
- Rest Service, Abstraction
- Domain - Entities, Use Cases, Repositories
- Data - DTOs, Data Sources, Repositories
- Database - Drift, Tables, DAOs, relationships, Mappers
- Modullar arasında Unit testing
- Dependency Injection - Singleton and Factories, Composition Root
- Feature-First Architecture, Decoupling features, Feature API
- BloC State Management, UI Integration, Scope-lar InheritedWidget ilə
Dərsi tamamladıqdan sonra, qeyd olunan mövzular haqqında həm teorik, həm də praktik bilgilər əldə edəcəksiniz. Ümid edirəm ki, hər bir şəxs üçün kurs yararlı olar.