Udemy
    •  
    •  
    •  
    •  
    •  
    •  
    •  
    •  
Turn what you know into an opportunity and reach millions around the world.
Learn More
Your cart is empty.
Keep shopping
Selenium və Java ilə Test Avtomatlaşdırma
Highest Rated
Rating: 4.6 out of 5(15 ratings)
146 students

Selenium və Java ilə Test Avtomatlaşdırma

Selenium, Java və XPath ilə real layihələrdə veb tətbiqlərin Uİ test avtomatlaşdırmasını öyrənmək üçün praktiki yol
Created byVəhid Gəruslu
Last updated 12/2024
Azerbaijani

What you'll learn

  • Test avtomatlaşdırmasının əsaslarını öyrənərək, Selenium və Java ilə veb tətbiqləri test etmək bacarığı əldə edəcəksiniz
  • HTML, DOM, XPath kimi ön-tərəf texnologiyalarını və test obyektlərini effektiv şəkildə necə tapmağı öyrənəcəksiniz
  • Java-nın əsas sintaksisini, funksiyalarını və obyekt-yönümlü proqramlaşdırma əsaslarını praktiki tətbiqlərlə mənimsəyəcəksiniz
  • Selenium ilə ilk avtomatlaşdırılmış testlərinizi yazmağı və test ssenarilərini dizayn etməyi öyrənəcəksiniz
  • Test avtomatlaşdırma layihələrində Selenium və JUnit-in güclü inteqrasiyasından istifadə etməyi öyrənəcəksiniz
  • Qara qutu test dizayn metodlarından istifadə edərək, real layihələrdə tək-səhifəlik və ucdan-uca test-hallar və test-kodları inkişaf etdirəcəksiniz

Course content

6 sections42 lectures26h 39m total length
  • Kursa giriş və kurs planı16:52
  • Test avtomatlaşdırmanı öyrənmədən əvvəl, "Proqram Test təməllərini" öyrənmək10:29

Requirements

  • Bu kursdan əvvəl, Proqram Testi və QA-nın əsaslarını öyrənməlisiniz. Bu mövzuda digər bir kursumuz mövcuddur.
  • Java proqramlaşdırma təcrübəsi tələb olunmur. Test kodunu yazmaq üçün lazım olan Java proqramlaşdırma hissələrini öyrənəcəksiniz

Description

Azərbaycan dilində Selenium və Java ilə ilk onlayn Test Avtomatlaşdırma kursunu təqdim etməkdən məmnunluq duyuruq.

Bu kurs, yüksək səviyyəli praktiki məşğələlər və tətbiqi biliklərə əsaslanaraq hazırlanmışdır. Kursun təlimçisi, 1998-ci ildən test avtomatlaşdırması sahəsində mütəxəssis olaraq fəaliyyət göstərən və hal-hazırda İngiltərədə yaşayan Azərbaycan əsilli bir ekspertdir. Təlimçimizin, IBM kimi dünya səviyyəli şirkətlər üçün test və keyfiyyət təminatı sahələrində konsaltinq və təlim xidmətləri göstərməkdə 25 ildən artıq təcrübəsi vardır.

Bu kurs sizi Selenium və Java istifadə edərək test avtomatlaşdırması sahəsində peşəkar etməyə hazırlayır. Proqram testlərinin təməllərindən başlayaraq, veb tətbiqlərin ön-tərəf texnologiyalarını, HTML və XPath kimi lokatorları öyrənəcəksiniz. Kursda həmçinin Java proqramlaşdırma bilikləri, Selenium əmrləri və JUnit ilə test inteqrasiyası əhatə olunur. Real layihələrdə tək-səhifəlik və ucdan-uca test kodları inkişaf etdirməklə praktiki təcrübə qazanacaqsınız. Kursun sonunda real tətbiqlər üzərində avtomatlaşdırılmış testlər yazmaq bacarığını mənimsəyəcəksiniz. Bu, karyeranızı inkişaf etdirmək üçün əvəzsiz bir imkandır!

Kursun ilkin şərtləri: Kursa qoşulmaq üçün Java və ya digər proqramlaşdırma dillərini bilməniz zəruri deyil. Selenium ilə Java əsaslı test avtomatlaşdırma kodunun yazılması üçün lazım olan minimal Java bilikləri bu kursda tədris edilir. Qlobal test və QA mütəxəssislərinin tövsiyələrinə əsasən, test avtomatlaşdırmasına başlamazdan əvvəl Proqram Testi və QA-nın əsaslarını bilmək vacibdir. Bu səbəbdən, kursun ilkin tələbi olaraq Proqram Testi və QA Əsaslarının öyrənilməsi güclü şəkildə təklif olunur. İlk addım olaraq, bu kursdan əvvəl Udemy platformasında mövcud olan "Proqram Testi və QA-nın Təməlləri (Azərbaycan dilində)" adlı kursumuzu alıb bitirməniz və sonra bu kursu alıb öyrənməniz tövsiyə edilir.

Kursumuz, təlimçimizin 25 illik təcrübəsinə və müxtəlif şirkətlərə və test mühəndislərinə verdiyi təlimlərə əsaslanaraq hazırlanmışdır. Kursun məzmunu, məntiqi ardıcıllıqla, öyrənənləri test avtomatlaşdırmasının maraqlı dünyasına daxil edəcək.

Müasir və qabaqcıl test və QA texnologiyalarına əsaslanan onlayn və praktiki video dərslərimizlə, Azərbaycanımızın test və QA sahəsinin inkişafına töhfə verməkdən qürur duyuruq.

Hər bir həmvətənimizə test və QA sahəsində uğurlar arzulayırıq!    

Who this course is for:

  • Test avtomatlaşdırılmasına başlamaq istəyən yeni başlayan proqram test mühəndisləri
  • Java və Selenium ilə real layihələrdə test bacarıqlarını inkişaf etdirmək istəyənlər
  • Manual testdən avtomatlaşdırılmış testə keçmək istəyən proqram testçiləri