Udemy
    •  
    •  
    •  
    •  
    •  
    •  
    •  
    •  
Turn what you know into an opportunity and reach millions around the world.
Learn More
Your cart is empty.
Keep shopping
Power Query (Azərbaycan dilində)
Rating: 5.0 out of 5(1 rating)
16 students

Power Query (Azərbaycan dilində)

Formullardan o tərəfə keç – Power Query ilə bütün işlərini avtomatlaşdır!
Created byElchin Khalilov
Last updated 6/2025
Azerbaijani

What you'll learn

  • Vaxta qənaət etməklə günlük rutin işlərin avtomatlaşdırılması
  • Böyük həcmli məlumatların əldə edərək birləşdirilməsi və onların analiz apara biləcək vəziyyətə gətirilməsi
  • Müxtəlif mənbələrdən (Excel faylları, CSV, web, qovluqlar və s.) məlumatların alınması və birləşdirilməsi
  • Məlumatların təmizlənməsi, işlənməsi və strukturlaşdırılması üçün əsas transformasiya addımlarının tətbiqi
  • Mürəkkəb sorğuların qurulması və bir-biri ilə əlaqələndirilməsi bacarığının inkişaf etdirilməsi
  • Power Query-dəki M dili ilə tanışlıq və sadə skriptlərin edit edilməsi
  • Avtomatik yenilənən dashboard və hesabatlar üçün lazım olan məlumat bazasının avtomatlaşdırılması

Course content

6 sections • 33 lectures • 6h 7m total length
  • Power Query nədir və niyə əhəmiyyətlidir?3:24
  • Power Query Editor - interfeys6:51
  • Giriş

Requirements

  • Təməl Excel biliklərinə sahib olmaq kifayətdir (məsələn, cədvəl yaratmaq, formul yazmaq, filtrlərdən istifadə və s.).

Description

Bu kurs sizi Excel-dəki ən güclü alətlərdən biri olan Power Query ilə tanış edəcək və məlumatların təmizlənməsi, işlənməsi və avtomatlaşdırılması istiqamətində praktiki bacarıqlar qazandıracaqdır. Manual olaraq saatlarla etdiyiniz rutin əməliyyatlara artıq ehtiyac qalmayacaqdır!

Kurs zamanı aşağıdakıları öyrənəcəksiniz:

  • Müxtəlif mənbələrdən (Excel, CSV, web, qovluqlar və s.) məlumatların necə çəkiləcəyini,

  • Məlumatların təmizlənməsi və strukturlaşdırılması üçün effektiv metodları,

  • Sütunların bölünməsi, birləşdirilməsi, filtrlənməsi və qruplaşdırılması kimi əməliyyatları,

  • Mürəkkəb sorğuların qurulması və əlaqələndirilməsi,

  • Avtomatik yenilənən sorğular və hesabatlar yaradılması,

  • Power Query-də M dili ilə tanışlıq və sadə skriptlərin yazılması.

Bu kurs heç bir proqramlaşdırma biliyi tələb etmir. Bütün mövzular addım-addım izah olunur, praktiki nümunələrlə möhkəmləndirilir və real iş həyatı üçün faydalı ideyalar verir.

Əgər siz:

  • Excel biliklərinizi növbəti səviyyəyə qaldırmaq,

  • Məlumat emalını avtomatlaşdırmaq və daha az vaxtla daha çox iş görmək və

  • Analitik bacarıqlarınızı inkişaf etdirmək istəyirsinizsə

bu kurs sizin üçün əla başlanğıcdır!

Power Query ilə işləməyi öyrənmək sizə gündəlik Excel tapşırıqlarını avtomatlaşdırmaq, məlumatları daha səliqəli hazırlamaq və analitik qərarları daha sürətli qəbul etmək imkanı verəcəkdir. Bu bacarıq müasir iş dünyasında xüsusilə maliyyə, satış, HR və analitika sahələrində yüksək qiymətləndirilir. Kurs boyunca real nümunələr üzərində işləyəcək və öyrəndiklərinizi dərhal tətbiq edə biləcəksiniz. Bu kurs həmçinin sizə vaxtınıza qənaət etməyi və daha az səhvlə işləməyi öyrədəcəkdir.

Who this course is for:

  • Excel ilə gündəlik çalışan mühasiblər, maliyyə mütəxəssisləri, analitiklər və menecerlər, gündəlik məlumatları daha sürətli və avtomatlaşdırılmış şəkildə işləmək istəyənlər.
  • Satış, marketinq, insan resursları və əməliyyat sahəsində çalışanlar – müxtəlif mənbələrdən gələn məlumatları birləşdirmək və təhlil etmək istəyənlər.
  • Excel biliklərini növbəti səviyyəyə qaldırmaq istəyən şəxslər – Power Query alətini öyrənərək daha peşəkar nəticələr əldə etmək istəyənlər.
  • Vaxtını optimallaşdırmaq və təkrar işlərdən qurtulmaq istəyən şəxslər.
  • Analitik hesabatlar hazırlayanlar və dashboard yaradanlar, məlumatların təmiz və çevik şəkildə hazırlanmasını istəyənlər.