Online Excel Məktəbi 2023 (Azərbaycan dilində)
What you'll learn
- Real həyatda qarşılaşılan problemləri həll edəcək, səthi və ikinci dərəcəli biliklərlə vaxtınızı itirməyəcək,
- Orta səviyyəli istifadəçidən, irəli səviyyəli istifadəçiyə çevriləcək,
- İrəli səviyyəli funksiya və formullarla daha öncə qarşılaşmadığınız problemləri həll edəcək,
- Hesablama işlərinizi daha da asanlaşdıraraq gündəlik işlərinizdə vaxta qənaət edəcək,
- Hesabatların avtomatlaşdırılmasına nail olmaqla, mürəkkəb hesabatları hazırlayacaq səviyyəyə gələcək,
- İri həcmli datalarla işləmək və onları vizuallaşdırmaq bacarıqlarına yiyələnəcək,
- Gündəlik işlərinizdə istifadə edə biləcəyiniz 10-dan çox hazır şablona sahib olacaqsınız.
Requirements
- Dinamik massiv funksiyalarının aktiv olması üçün Office 365.
- Excel 2013 və sonrakı versiyası olanlar, dinamik massivlər xaric digər bütün mövzulardan faydalana biləcək.
Description
Əziz Təlim İştirakçısı!
Excel təlimimə xoş gəlmişsiniz!
15 illik yerli və beynəlxalq mühitdəki iş həyatı, 10 illik Excel təlimi və yüzlərlə yazı və məqalələrimdən sonra (www*excel*az), professional iş həyatında qarşılaşılan əsas problemlərin nə olduğunu daha açıq şəkildə görürəm. Praktikadakı bütün bu çətinlikləri də nəzərə alaraq hazırlamış olduğum bu təlimdə, gündəlik iş həyatınızda sizə lazım olacaq bütün məlumatlara yiyələnəcəksiniz.
Hər Excel təlimimə başlamadan öncə rastlaşdığım "Mövzular arasında macros da var?" sualını siz də verirsinizsə, cavabım "xeyr" olacaqdır, çünki kod və macros olmadan da, Excel o qədər imkana sahibdir ki! Kod yazmadan rutin işlərinizi nə qədər qısalda biləcəyinizi kaş ki bilsəniz!
Və məhz bu səbəblə, bu təlimi bitirdikdən sonra, kod yazmadan işlərin avtomatlaşdırılması, təqdimatların daha professional və inandırıcı hazırlanması, irəli səviyyəli Excel hiylələri, saysız qısayol kombinasiyaları (shortcuts), gündəlik rutin işlərin tək kliklə yenilənməsi və s. kimi mövzularda özünüzdəki proqressi özünüz və ətrafınızda çalışan insanlar dərhal fərq edəcəkdir.
Bütün videolar və üzərində işləyəcəyimiz Excel təlim faylı sizin maksimum rahatlığınız üçün tərtib olunmuşdur.
Ümidvaram ki, burada öyrəndiyiniz bilikləri daha da irəli aparıb, sadəcə Excel ilə kifayətlənməzsiniz, çünki, unutmayın, Excel sadəcə bir başlanğıcdır, onun davamı mütləq gəlməlidir. Müasir dövrdə texnologiyanın inkişaf sürəti aylar deyil, günlərlə ölçülür və bu yolda geri qalmamaq üçün daim üzərimizdə işləməli, hər gün kiçik də olsa, yeni bir şey öyrənməliyik.
Və unutmayın - mən sizə sadəcə yolu və bu yolda istifadə edə biləcəyiniz imkanları göstərəcəyəm. Yolun özünü siz özünüz keçəcəksiniz.
Gələcək bütün işlərinizdə uğurlar arzu edirəm!
Who this course is for:
- HR, Mühasibatlıq, Maliyyə, Satış, Satınalma və digər analitik sahələrdə çalışanlar
- Excel bilikləri orta səviyyədə olan, lakin onları bir üst səviyyəyə çıxarmaq istəyənlər
- Alqoritmik və sistematik düşüncəyə yiyələnmək istəyənlər
- Excel-dəki funksiyaların ənənəvi deyil, irəli səviyyəli həll yolları ilə tanış olmaq istəyənlər
- Böyük datalarla işləmək bacarığına yiyələnmək və dərin analiz aparmaq istəyən şəxslər
- Təqdimetmə bacarıqlarını (Presentation skills) bir sonrakı səviyyəyə çıxarmaq istəyənlər
Instructor
Biznesin İdarəedilməsi üzrə Ali və Magistr təhsilimi Türkiyə Univeritetlərində bitirdikdən və iş həyatında bank, audit, Synergy Group, ADA Universiteti təcrübəsi qazandıqdan sonra, son 7 ilimin 5 ili Azərbaycandakı beynəlxalq şirkətlərdən olan Danone-da Maliyyə Meneceri vəzifəsində keçmişdir. Son 2 ilim isə Qazaxstanın Almatı şəhərinə bağlı olaraq, bütün Orta Asiya və Qafqaz ölkələri üzrə (ümumilikdə 9 ölkə) Maliyyə Planlaması və Büdcə Nəzarəti Departamentinin Meneceri vəzifəsinə həsr edilmişdir. 5 ACCA imtahanına iştirak etmiş və hər birini uğurla bitirmişəm.
Hal-hazırda marketinq sahəsində fəaliyyət göstərən EFA Group Azerbaijan şirkətinin təsisçisi və direktoruyam.
Excel-lə bağlı 10 ildən çoxdur treninqlər keçirir və yazılar dərc edirəm. Bir çox insan facebook-dakı Excel Stuff səhifəsi və www*xlstuff*org saytı ilə tanımaqdadır. (hal-hazırda veb-səhifəni www*excel*az ünvanına keçirmişik).
Power Query, Power BI və DAX dili ilə bağlı eyniadlı səhifədə bir çox yazılarım mövcuddur.