
Bu kursda nələr öyrənəcəksiniz? Hansı mövzular hansı dərinlikdə keçiləcək? Bütün bu suallara bu qısa, əyləncəli videoda cavab tapa biləcəksiniz.
Excel faylımızda daha rahat naviqasiya, dil seçimi kimi xüsusiyyətlərdən bəhs edilib.
Formullardakı dollar ($) işarələri, istənilən modeli qurarkən çox böyük əhəmiyyətə malikdir. Hansı işarəni hara qoymaq mövzusu ilə tanış olacaqsınız.
Qısayol kombinasiyaları (shortcuts) daha sürətli və effektiv işləmək üçün MÜTLƏQ öyrənilməlidir. Bu videoda daha öncə istifadə etmədiyiniz bir çox sadə kombinasiyaları görəcəksiniz.
Paste Special dialoq qutusu ilə bir çox kopyala-yapışdır üsullarını öyrənəcəksiniz.
Excel-də sıralama, filterləmə və custom siyahılar yaratmağın bir neçə üsulu vardır. Bu üsulları öyrənərək işlərinizi hədsiz asanlaşdıra bilərsiniz.
Uzun sətir və sütunlar, məlumatların normal anlaşılmasını çətinləşdirir. Cədvəlləri yığcamlaşdırmaq üçün eyni mahiyyətli olanları qruplaşdırmanın yollarını öyrənəcəksiniz.
Cədvəlimizdəki sətirləri sütunların yerinə (və ya əksinə) gətirmək üçün statik və dinamik olmaq üzrə 2 üsul ilə tanış olacaqsınız.
Uzun və geniş cədvəlləri sağa və ya aşağı scroll etdikdə, sətir və sütun başlıqlarını qaçılmaz olaraq gözdən itiririk. Bu videoda başlıqları sabit tutmağın texnikasını öyrənəcəksiniz.
Normal hesablamanın əksinə, müəyyən hədəf məbləğə çatmaq üçün, hesablamanın komponentlərinin dəyərləri ilə qısa zamanda istənilən nəticə əldə etmək mümküdür. Goal Seek bunun üçün əvəzedilməzdir.
Mühasibatlıq sistemlərindən və ya hər hansı bir veb-səhifədən kopyaladığımız məlumatları Excel-də yapışdırarkən, bir çox halda bu məlumatlar tək xanada yer alır. Bu videoda tək xanadakı məlumatın bir neçə xanaya bölünməsi müzakirə edilmişdir.
Text-to-Columns imkanı, Flash Fill təqdim edildikdən sonra aktuallığını böyük ölçüdə itirdi. Xanaları çox daha rahat bölmək üçün (və daha bir çox xüsusiyyətini) bu videonu izləyə bilərsiniz.
Eyni sütunda (-larda) yer alan təkrarlanan dəyərləri silib, unikal siyahı əldə etmənin yolları ilə tanış olacaqsınız.
Xanaya daxil ediləcək məlumatı məhdudlaşdırmaq, müəyyən qaydaya uyğun etmək üçün Data Validation Excel-dəki ən vacib imkanlardan birinə sahibdir.
Real həyatda qarşımıza çıxan digər problemləri həll etmək üçün, bir neçə əlavə Excel hiylələri ilə bu videoda tanış ola bilərsiniz.
Funksiyalar - Excel-in qəlbidir. Onlarsız Excel-in heç bir dəyəri olmazdı. Bu videoda funksiyalarla ümumi tanış olacaqsınız.
Xanadakı mətnin istənilən yerindən istənilən hissəsinin "çəkib çıxarılması".
Xanadakı əlavə, lazımsız simvollardan qurtulmaq.
Hərflərin böyüklüklərinin 3 fərqli prinsiplə dəyişdirilməsi.
Mətndəki istənilən simvolun/hərfin başqa bir simvolla/hərflə əvəz edilməsi.
Xanaya mətn və ya rəqəmsal format vermək üçün istifadə olunan 2 funksiya.
Fərqli xanalardakı dəyərləri tək bir xanada birləşdirmək.
Fərqli ölçü vahidlərini hesablamaq.
Ən təməl və ən sadə riyazi funksiyalar.
Aralıq cəmin hesablanması.
İkinci dərəcəli təməl riyazi funksiyalar. Qüvvət, kökaltı, kökləri cəminin hesablanması.
Saymaq üçün istifadə edilən 3 fərqli funksiya.
Müəyyən etdiyimiz tək kriteriyaya əsasən apardığımız sayma əməliyyatı.
Müəyyən etdiyimiz birdən çox kriteriyaya əsasən apardığımız sayma əməliyyatı.
Müəyyən etdiyimiz tək kriteriyaya əsasən apardığımız cəmləmə əməliyyatı.
Müəyyən etdiyimiz birdən çox kriteriyaya əsasən apardığımız cəmləmə əməliyyatı.
Excel-də dəyəri ən az bilinən, lakin ən güclü funksiyalardan biri. Nələr edə bildiyinə inana bilməyəcəksiniz.
Bölmə əməliyyatı zaman nəticələrin hesablanması.
Korrelyasiya əmsalının hesablanması.
Dəyərləri məntiqi ardıcıllıqla sıralamaq üçün istifadə olunan funksiyalar.
Siyahıdakı ən böyük/kiçik N saydakı dəyərin hesablanması.
Random ədədlərin hesablanması üçün istifadə olunan 2 funksiya.
Yuvarlaqlaşdırma funksiyaları.
Bu günkü tarix və saatı göstərən funksiyalar.
Hər hansı bir tarixə aid gün/həftə nömrəsi/ay və ili hesablayan funksiyalar.
İstənilən tarixin içində yer aldığı ayın son gününü hesablayan funksiya.
İki tarix arasındakı gün sayı və ya bir tarixdən N gün sonrakı tarixi hesablayan funksiyalar.
İki tarix arasındakı gün/ay/ili dəqiqliklə hesablayan "gizli" funksiya.
Sütunlar üzrə axtarış edən funksiya.
Sətirlər üzrə axtarış edən funksiya.
Xananın sətir və sütun nömrəsini hesablayan funksiya.
Birlikdə istifadə olunun axtarış funksiyaları.
Ən kompleks axtarış funksiyası.
Dinamik massivlər ilə birlikdə təqdim edilən, ən rahat və ən çox iş görən axtarış funksiyası.
Ən təməl məntiqi funksiyalar.
Xəta dəyərlərini əvəz edən funksiya.
Bir neçə kriteriyaya uyğun gələn dəyərləri hesablamaq.
Siyahılardakı ən yüksək və ən aşağı dəyərlərin bir neçə kriteriyaya uyğun hesablanması.
Kompleks düsturlar və xətaları aradan qaldırmaq üçün vasitələr.
3D formullar ilə tanış olmağa hazır olun.
Şirkət, coğrafi məkan, şəxsiyyətlər, yeməklər, aktivliklər kimi Excel-dəki 10-dan çox yeni data növü ilə məlumata daha rahat çatmaq mümkündür.
Xananın için yerləşə bilən kiçik diaqramlar.
Təyin edəcəyimiz şərt uyğun gələn dəyərlərin fərqləndirilməsi.
Axtarış çubuğuna daxil edilən simvola əsasən, müvafiq xanaların avtomatik fərqləndirilməsi.
Diaqramlar mövzusuna ümumi və ətraflı giriş.
Xüsusi diaqram növü.
Xüsusi diaqram növü.
Formatlama, rəng seçimi və vizualizasiya haqqında ən əsas digər prinsiplərin öyrədildiyi video.
Hansı növ data faydalı və yararlıdır? Hansı formatdan uzaq durmalıyıq?
Cədvəl formatlı diapazonların böyük üstünlükləri.
Macros-ları lazımsız bir vasitəyə çevirən imkan.
Analiz üçün ehtiyac duyacağımız ən vacib vasitələr.
İki kliklə hazır diaqram və cədvəllər əldə edin!
Data Cədvəllər və fərqli ssenarilərin eyni cədvəldə müqayisə edilməsi.
Form Controls vasitələrinə açılan qapı.
Yekun cədvəl və diaqramlara interaktiv özəllik qazandıran əvəzsiz vasitələr.
Əziz Təlim İştirakçısı!
Excel təlimimə xoş gəlmişsiniz!
15 illik yerli və beynəlxalq mühitdəki iş həyatı, 10 illik Excel təlimi və yüzlərlə yazı və məqalələrimdən sonra (www*excel*az), professional iş həyatında qarşılaşılan əsas problemlərin nə olduğunu daha açıq şəkildə görürəm. Praktikadakı bütün bu çətinlikləri də nəzərə alaraq hazırlamış olduğum bu təlimdə, gündəlik iş həyatınızda sizə lazım olacaq bütün məlumatlara yiyələnəcəksiniz.
Hər Excel təlimimə başlamadan öncə rastlaşdığım "Mövzular arasında macros da var?" sualını siz də verirsinizsə, cavabım "xeyr" olacaqdır, çünki kod və macros olmadan da, Excel o qədər imkana sahibdir ki! Kod yazmadan rutin işlərinizi nə qədər qısalda biləcəyinizi kaş ki bilsəniz!
Və məhz bu səbəblə, bu təlimi bitirdikdən sonra, kod yazmadan işlərin avtomatlaşdırılması, təqdimatların daha professional və inandırıcı hazırlanması, irəli səviyyəli Excel hiylələri, saysız qısayol kombinasiyaları (shortcuts), gündəlik rutin işlərin tək kliklə yenilənməsi və s. kimi mövzularda özünüzdəki proqressi özünüz və ətrafınızda çalışan insanlar dərhal fərq edəcəkdir.
Bütün videolar və üzərində işləyəcəyimiz Excel təlim faylı sizin maksimum rahatlığınız üçün tərtib olunmuşdur.
Ümidvaram ki, burada öyrəndiyiniz bilikləri daha da irəli aparıb, sadəcə Excel ilə kifayətlənməzsiniz, çünki, unutmayın, Excel sadəcə bir başlanğıcdır, onun davamı mütləq gəlməlidir. Müasir dövrdə texnologiyanın inkişaf sürəti aylar deyil, günlərlə ölçülür və bu yolda geri qalmamaq üçün daim üzərimizdə işləməli, hər gün kiçik də olsa, yeni bir şey öyrənməliyik.
Və unutmayın - mən sizə sadəcə yolu və bu yolda istifadə edə biləcəyiniz imkanları göstərəcəyəm. Yolun özünü siz özünüz keçəcəksiniz.
Gələcək bütün işlərinizdə uğurlar arzu edirəm!