Udemy
    •  
    •  
    •  
    •  
    •  
    •  
    •  
    •  
Turn what you know into an opportunity and reach millions around the world.
Learn More
Your cart is empty.
Keep shopping
Neft-qaz geologiyası

Neft-qaz geologiyası

neft və qaz quyularının qazılması və istismarı zamanı, istehsalatda Geoloqun yerinə yetirdiyi işlər
Created byilkin murad
Last updated 6/2025
Azerbaijani

What you'll learn

  • Neft və qaz Geologiyasında qarşımıza çıxan əsas predmetlərin ayrı ayrı izahı
  • Neft və qaz quyularının qazılması zamanı sahə geoloqunun görməli olduğu işlər
  • Azərbaycan ərazisində yerləşən bəzi neft yataqların geologiyası və neftliliyi haqqında
  • Bu kursa yiyələndikdən sonra Geologiya elminə yanaşmanız tam fərqli olacaq

Course content

3 sections • 15 lectures • 55m total length
  • Neft və qaz yataqlarının formalaşması və neftin ilkin miqrasiyası haqqında3:00
  • Cənubi Xəzər çökəkliyinin regional geologiyası2:19
  • Neft ehtiyyatları, neftli-qazlı horizontlar və neft yataqları5:04

    neftli qazlı horizontlar, fərdi laylar, layların məsaməlilik və keçiriciliyi, neftin miqrasiyası, neftin özlülüyü, pazlaşma, qırılma, neftin bloklar üzrə paylanması, neftin dərinlik üzrə paylanması və s.

  • Neftin, qazın və suyun lay şəraitində düzümü və miqrasiyası2:09
  • Xəzər Dənizində səviyyə dəyişikliyinin geoloji səbəbləri4:18

Requirements

  • ən azı Bakalavr səviyyəsində Geologiya və yaxın sahədə təhsil almış şəxslər

Description

Bu kurs hər hansı bir təhsil müəssisəsinin müəyyən proqram çərçivəsində, sistemli şəkildə, tədrisini təşkil etdiyi Geologiyadan fərqli olaraq, Geologiya bazası olan tələbələrin, məzunların ,uyğun sahə üzrə iş axtaranların, imtahana hazırlaşanların, kitablarda oxuduqları predmetlərin və situasiyaların istehsalatdakı qarşılaşma vəziyyətlərinin, formalarını və s. animasiyalar və real görüntülər şəklində hazırlayaraq təqdim edir.

Kursda Azərbaycanın və Cənubi xəzər çökəkliyi regionunun ümumi geoloji quruluşu və əmələ gəlməsi,xəzər dənizində periodik olaraq baş verən səviyyə dəyişikliklərinin onun geologiyası ilə əlaqəsi haqqında, regionun əsas neftli-qazlı horizontları və stratiqrafiyası, məhsuldar qat,  neft-qaz axtarış kəşfiyyat işləri, dənizdə platformaların yerləşdirilməsi, qazma işləri, qazma məhlulunun sirkulyasiyası, quyu traektoriyaları,quyuların yerləşdirilməsi, qazma zamaı baş verən mürəkkəbləşmələr, tamamlama işləri, mənimsəmə işləri, mənimsaəmə zamanı baş verən mürəkkəbləşmələr, neft ehtiyyatları, süxurların yaşları, keçiricilik və məsaməlilik, miqrasiya və s. bir çox mövzuları əhatə edəcək materiallar yerləşdirilmişdir.

bütün animasiyaların mətni və animasiya şəklində hazırlanıb editləmə işləri tamamilə özümə aiddir. zaman baxımından daha əvvəl hazırladığım bir neçə video-animasiya süni intellekt vasitəsilə səsləndirilsə də, sonrakı videoların daha yaxşı qavranılması və fikrin daha effektli çatdırılması məqsədilə birbaşa özüm səsləndirmişəm.

Bu kursu əldə edərək siz neft-qaz sənayesinə aid, geologiya, qazma işləri və mənimsəmə işlərinə dair universitetdə öyrəndiklərinizin istehsalatda necə tətbiqinə dair dərin təsəvvür və xeyli praktiki təcrübə əldə etmiş olacaqsınız. Ümidvaram yararınıza olmuşdur.

Who this course is for:

  • Geologiya sahəsində təhsil almış amma heç bir praktiki, çöl və iş təcrübəsi olmayanlar və uyğun sahə üzrə iş axtaranlar və ya imtahan hazırlaşanlar üçün ideal kurs hesab etməlk olar. bu kurs Geologiyanı sıfırdan öyrətmir, tələbənin kitablarda oxuduqlarını daha yaxşı dərk etməsi üçün animasiyalarda və real görüntülərdən istifadə edərək onların inkişafına kömək edir.