Udemy
    •  
    •  
    •  
    •  
    •  
    •  
    •  
    •  
Turn what you know into an opportunity and reach millions around the world.
Learn More
Your cart is empty.
Keep shopping
Microsoft Power BI Data analyst (PL-300) imtahan sualları
Rating: 4.5 out of 5(34 ratings)
1,304 students

Microsoft Power BI Data analyst (PL-300) imtahan sualları

PL-300 imtahanına hazırlaşanlar üçün
Last updated 6/2023
Azerbaijani

What you'll learn

  • Microsoft Power BI Data analyst imtahan suallarının izahı ilə tanışlıq
  • İmtahan sualları barədə məsləhətlər
  • Fərqli mövzularda biliklərinizi möhkəmləndirmək imkanı
  • Sualların Power BI üzərində əyani izahı

Course content

5 sections20 lectures1h 58m total length
  • Question 17:44

    How to create a dashboard from a published report in Power BI?

  • Question 26:44

Requirements

  • Əsas data analitikası prinsiplərinə bələd olmaq kifayətdir.

Description

Microsoft Power BI Data analyst (PL-300) imtahanına hazırlıq kursu (azərbaycan dilində)

Ölkəmizdə ana dilimizdə resursların azlığı hələ də aktual məsələlərdən biridir. Bu problemi nəzərə alaraq sizlərə zaman-zaman bloqlar, videolar və kurslar şəklində materialları təqdim etməkdən qürur duyuruq.

Karyeranızda fərqlənmək üçün önəmli alətlərdən biri irəli səviyyədə Power BI biliklərinə sahib olmaqdır. Bu biliklərinizi daha da möhkəmləndirmək və rəsmi olaraq sınaqdan keçirmək üçün isə, Microsoft Power BI Data analyst sertifikatına yiyələnə bilərsiniz. Bu səyahətdə sizə yardımçı olmaq üçün, "Zen of Analytics" növbəti ödənişsiz kursumuzu təqdim edirik. Burada siz Whizlabs tərəfindən təqdim olunan sualların izahını və əyani nümayişini görəcəksiniz. Bu kursda aşağıdakı mövzular üzərində müzakirələr aparılmışdır:

-data vizuallaşdırması

-Azure Cognitive Services

-data modeling

-FORMAT funksiyassı

-report performance

-R ilə vizualların qurulması

-fərqli vizualların seçilməsi (line chart, scatter chart, bar chart, donut chart)

Bu mövzularla yanaşı sizə, bol-bol məqalələr də təqdim edirik. Məqalələri iki başlıqda oxumanız məsləhətdir:

-DAX

-Power BI

İmtahanın önəmli hissəsini data modeling və onun tərkibində DAX funksiyalarının tətbiqi tutur. Bu üzdən onlara dərindən yiyələnmək çox önəmlidir. Nümunələrimizdə siz aşağıdakı formulalar haqqında ətraflı öyrənə bilərsiniz:

-calculated columns, measures

-aggregation functions

-iterator functions

-variables

-table functions

İkinci önəmli hissə isə Power BI  daxilində olan fərqli funksiyalar və imkanları mənimsəmək və imtahanda soruşulan ssenari əsaslı suallara hazır olmaqdır.

Bu səbəbdən sizinlə bölüşəcəyim Telegram kanalımızı izləyərək gündəlik imtahana hazırlıq səviyyənizi artıracaq resurslar ilə tanış ola bilərsiniz.

İmtahanda hər birinizə uğurlar arzulayırıq.


Who this course is for:

  • Microsoft Power BI Data analyst (PL-300) imtahanına hazırlaşmaq istəyənlər üçün nəzərdə tutulmuşdur.