Udemy
    •  
    •  
    •  
    •  
    •  
    •  
    •  
    •  
Turn what you know into an opportunity and reach millions around the world.
Learn More
Your cart is empty.
Keep shopping
Microsoft Excel - A`dan Z`yə bütün menyular və 120+ funksiya
Rating: 4.8 out of 5(221 ratings)
438 students

Microsoft Excel - A`dan Z`yə bütün menyular və 120+ funksiya

Excel və onun dərinliklərini bol praktiki tapşırıqlar ilə öyrənin
Created byRashad Gurbanov
Last updated 12/2020
Azerbaijani

What you'll learn

  • Azərbaycan dilində Excel'də beynəlxalq sertifikat səviyyəsində bacarıqlar
  • Excelin menyu və funksiyalarına tam hakim olmaq
  • Analitik düşünərək, öz Excel formullarımızı yazmaq
  • Biznes proseslərinin Excel və ya Google Spreadsheet vasitəsilə avtomatlaşdırılması
  • Məlumatları analiz etmə (Data Analytic)
  • Exceldə mümkün olan bütün hesabatların hazırlanması üçün bilgilər
  • Hesabatlarımızın Excel dashboardları vasitəsilə vizuallaşdırılması
  • İş həyatında işlərimizi asanlaşdıracaq məlumatlar

Course content

18 sections370 lectures28h 33m total length
  • Giriş6:48
  • Exceli necə mükəmməl öyrənə bilərəm?5:14
  • Office paketinin yüklənməsi və aktivləşdirilməsi6:06
  • Office paketinin dilinin dəyişdirilməsi2:46

Requirements

  • Yüksək motivasiya, həvəs və maraq
  • Bir kompüteriniz və istəyiniz olsun, gerisi bizdən! Kursu başa düşmək və tətbiq etmək üçün ən əsas tələb sizin öyrənməyə istəyinizi əhatə edir.
  • Bu kurs Excel 2019 üzərindən izah edilib. Excel 2019-u yükləmək üçün bütün məlumatlar var kursda. Kompüterində Excel 2010, 2013, 2016 olan hər kəs qoşulub baxa bilər

Description

Müasir iş dünyasında Excel bilmək artıq bir seçim deyil, bir zərurətdir. Bunu “Google”-da kiçik bir axtarış ilə görə bilərik. Vakansiyalar ilə bağlı məlumatları toplayıb sadə təhlil aparsaq görərik ki, 5 vakansiyadan 4-də sadə, orta və ya mürəkkəb səviyyədə Excel biliyi tələb olunur.

Excelin gücünü dərk etmək, iş proseslərinizi daha effektiv və əyləncəli hala gətirəcək. Bu kursda 7 menyunun hamısını və onların daxilindəki bütün əmrləri, 120+ funksiyanı öyrənəcəksiniz.

    Kurs zamanı aşağıdakıları öyrənəcəyik:

  • Exceli proqramını açdığımız zaman gördüyümüz 7 menyu (HOME, INSERT, PAGE LAYOUT, FORMULAS, DATA, REVIEW, VIEW) və onların daxilindəki bütün əmrlər

  • Logical formulas (Логические функции\Mantıksal işlevler)

  • Text formulas (Текстовые функции\Metin işlevleri)

  • Date & Time formulas (Даты и времени функции\ Tarih ve zaman işlevleri)

  • Math & Trig formulas (Математические функции\Matematik ve trigonometri işlevleri)

  • Lookup & Reference formulas (Cсылки и поиска функции\Arama ve başvuru işlevleri)

  • Statistical formulas (Статистические функции\İstatistiksel işlevler)

  • Information formulas (Информационные функции\Bilgi işlevleri) (Cəmi 120+ formula)

    Hər dərsin faylında bütün izah olunan funksiyaların rus və türk dilində qarşılığı qeyd olunub. Exceli bu iki dildə işlədənlər də rahat başa düşəcəklər hər bir funksiyanı.

Yüksək səviyyədə Excel biliyi olub, işsiz qalan demək olarki heç kim yoxdur. Bu kurs vasitəsilə öz “CV”-nizdə Excel biliklərinizi çox rahat şəkildə Yuxarı səviyyə qeyd edə bilərsiniz. Kurs istənilən peşə sahibləri üçün nəzərdə tutularaq qurulub.

Kurs vasitəsilə Microsoft tərəfindən təqdim edilən beynəlxalq Excel sertifikat imtahanlarına - Microsoft Office Specialist (MOS) MO-200 və Microsoft Office Specialist Expert (MOSE) MO-201 hazırlaşa bilərsiniz.

Etdiyimiz praktikalar ilə alqoritm qurmaq qabilliyətimizi təkmilləşdirəcək və istənilən tapşırıqlarda analitik düşünərək düzgün alqoritmi (ardıcıllığı) qura biləcəyik.

Təlim vasitəsilə şəxsi və peşəkar həyatınızda Excel ilə bağlı olan bütün sıxıntılarınıza son qoyaraq, Exceli mükəmməl səviyyədə öyrənəcəyik. Sizlərə təməl bilgilərdən başlayaraq, yuxarı səviyyə bilgilərə irəlilədikcə çox sayda praktika ilə asan bir öyrənmə fürsəti təqdim edirik. Kursu aldığınız təqdirdə ömrümüzün sonuna qədər kurs sizin olacaqdır. İstənilən vaxt daxil olub, qaldığımız yerdən davam etdirə bilərik.

Sonda qeyd etmək istərdim ki, buradan 7/24 mənə Excel ilə bağlı suallarınızı ünvanlaya bilərsiniz. Bu mənim üçün bir zövq olar. Suallarınızı ən qısa zamanda cavablamağa çalışaraq, ağlınızda olan bütün çətinliklərə birlikdə həll yolu tapacağıq.

Who this course is for:

  • Bu kurs, Excel'də mütəxəssis olmaq istəyən hər kəs üçün nəzərdə tutulub. Yeni başlayanlardan təcrübəli istifadəçilərə qədər hər kəs üçün burada öyrənəcək çox yeni məlumatlar vardır.
  • İş həyatında Excel istifadə edən bütün ixtisas sahibləri, xüsusilə HR, analitik və mühasiblər
  • Məlumat analizi, hesabatlar hazırlama və vizualizasiya edən hər kəs
  • Yüksək karyera hədəfi quranlar
  • Tələbələr