
Salam, mən Hafis Arefi..
Bu dərsi hazırlamağımın tək bir səbəbi var: çünki dəfələrlə mən də iflas etdim. Həm maddi, həm psixoloji, həm də emosional olaraq. Və bu prosesdə gördüm ki, uğur haqqında danışanlar çoxdur, amma uğursuzluğun içində boğulanlar üçün real bələdçi yoxdur.
Ona görə də bu dərsi hazırladım – ödənişsiz, səmimi və real bir yol xəritəsi.
Bu dərsdə nə var?
İflası anlamaq – Beynimiz niyə çökür və bu psixoloji dövrü necə keçməli?
Daxili sağalma – Stres, qorxu və motivasiya itkisini necə idarə etməli?
Şəxsiyyətini yenidən qurmaq – Sıfırdan başlayanda kim olmaq istəyirsən?
Praktik strategiyalar – Həyatını və işini yenidən qurmaq üçün real addımlar.
Bu dərsdə nağıl danışmayacağam. Səni ruhlandırmaq üçün deyil, sənə çıxış yolu göstərmək üçün buradayam.
İflas son deyil. Onu necə istifadə edəcəyini bilsən, yeni bir başlanğıcdır. Mən bu yolu getmişəm, sən də qoşul!
Çox sevdiyim bir alıntı ilə başlamaq və bitirmək istəyirəm..Sizlərə tövsüyələr verməm sizlərdən daha ağıllı olmam anlamında deyil,sizlərdən daha çox xəta etdiyim anlamındadır..Bu dərs mənim üçün kommersial məqsədlər daşımır..məqsədim faydadır. Mən buradayam, çünki sizdən daha çox xəta etdim, daha çox yıxıldım və daha çox sıfırdan başlamağa məcbur oldum. Bu prosesdə qazandıqlarımı sizinlə bölüşmək istəyirəm. Çünki iflasın içindən keçməyin nə qədər çətin olduğunu bilirəm. Əgər bu dərs sizə bir addım irəliləməyə kömək edərsə, demək ki, bütün bu çöküşlərimin bir mənası varmış. İndi birlikdə yenidən başlayaq!
Qeydiyyatdan keç və birlikdə başlayaq!