Udemy
    •  
    •  
    •  
    •  
    •  
    •  
    •  
    •  
Turn what you know into an opportunity and reach millions around the world.
Learn More
Your cart is empty.
Keep shopping
Hüquq | Cinayət prosesi (ümumi hissə)
Rating: 5.0 out of 5(1 rating)
4 students

Hüquq | Cinayət prosesi (ümumi hissə)

Hüquq, Cinayət prosesi, Cinayət işi, Cinayət mühakimə icraatı, Cinayət prosesinin iştirakçıları, Məcburiyyət tədbirləri
Created byXalid Qasımov
Last updated 10/2024
Azerbaijani

What you'll learn

  • Cinayət-prosessual hüquq barədə təməl məlumatlar əldə edəcəksiniz.
  • Cinayət prosesini əhatə edən (prosesin mərhələləri, iştirakçılar, cinayət işini başlama, sübutlar və s) mövzuları mənimsəyəcəksiniz.
  • Bu hüquq sahəsini əhatə edəcək qanunvericilik bazasını öyrənəcəksiniz.
  • Təqdim olunan 10 mövzu daxilində "Cinayət-prosessual hüquq"la məzmunlu informasiyaya malik olacaqsınız.

Course content

10 sections • 47 lectures • 6h 2m total length
  • Cinayət prosesinin anlayışı5:03
  • 1. Cinayət prosesinin anlayışı və mahiyyəti.14:58
  • 2. Cinayət prosesinin mərhələləri.12:12
  • 3. Cinayət prosesinin tarixi formaları.8:31
  • ədəbiyyat0:07

Requirements

  • Kursu almaq və ondan faydalanmaq üçün Azərbaycan dilinə hakim olmaq yetərlidir.

Description

Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamağını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamağını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin, hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsinin hüquqi prosedurlarını müəyyən edir.

Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi ona yönəlmişdir ki:

1. qanunla cinayət hesab olunan əməli törətmiş hər bir şəxsi ifşa etmək və cinayət məsuliyyətinə cəlb etmək mümkün olsun;

2. cinayət törətməkdə təqsiri olmayan heç kəsi cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına almaq, ittiham və ya məhkum etmək mümkün olmasın;

3. heç kəs qanunsuz və ya zərurət olmadan prosessual məcburiyyət tədbirlərinə, insan və vətəndaş hüquq və azadlıqlarının digər məhdudiyyətlərinə məruz qalmasın.

Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi qanunçuluğun, insan və vətəndaş hüquq və azadlıqlarına hörmətin bərqərar olmasına imkan yaradır.

Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyinin müddəaları Azərbaycan Respublikasının ərazisində olan bütün fiziki və hüquqi şəxslər üçün məcburidir.

Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş hallarda məsuliyyətə səbəb olur.

cinayət prosesi  dedikdə-cinayət təqibi üzrə həyata keçirilən prosessual hərəkətlərin və qəbul olunan prosessual qərarların məcmusu başa düşülür.

Cinayət təqibi dedikdə isə, cinayət hadisəsinin müəyyən edilməsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin ifşa olunması, ittiham irəli sürülməsi, bu ittihamın məhkəmədə müdafiə edilməsi, ona cəza təyin edilməsi, zəruri olduqda prosessual məcburiyyət tədbirlərinin təmin edilməsi məqsədi ilə həyata keçirilən cinayət-prosessual fəaliyyət başa düşülür.

Who this course is for:

  • Hüquq sahəsinə maraq göstərən hər bir kəs üçün nəzərdə tutulmuşdur.