DAX-ın təməl anlayışları kursu (Azərbaycan Dilində)

Kurs vasitəsilə DAX-ın fundamental anlayışlarını öyrənəcək və bu dildə kodlaşdırma bacarıqlarına yiyələnəcəksiniz.
Rating: 4.9 out of 5 (18 ratings)
455 students
Azeri

DAX-ın nə üçün istifadə edilməsini
DAX dilinin təməl anlayışlarını
DAX-da ən çox istifadə edilən funksiyaları
Kontekst anlayışı

Requirements

  • İlkin kompyuter bacarıqları
  • Power BI Desktop istifadəsi

Description

Zen Of Analytics platforması olaraq hər zaman bu tip kontentlər hazırlayıb,data analitikası və vizuallaşdırma sahəsinə yeni başlayanlar üçün işıq olmağa çalışmışıq.

Bildiyimiz kimi Power BI Desktopda müxtəlif hesablamaları aparmaq,həmçinin məlumatları analiz etmək üçün DAX(Data Analysis Expressions) - yəni Məlumat Təhlili İfadələrindən geniş istifadə edilir.DAX bir kodlama dilidir və onu öyrənmək olduqca vacibdir.Ən son yenilənmədən sonra DAX funksiyalarının sayı 200-ə qədər artmışdır.Odur ki,fundamental funksiyaların iş prinsipini öyrənərək,digər funksiyalarla da rahat çalışa biləcəksiniz.

Bu kurs, DAX ilə bağlı yazdığım məqalələrin video versiyasını təşkil edir.Kursdan daha detallı istifadə edə bilməyiniz üçün bəzi slaydlarda əlavə edilmişdir.

Kursa yiyələnərək DAX-ın təməl anlayışları haqqında ətraflı məlumata sahib ola biləcəksiniz.Bunun üçün sadəcə Power BI Desktop istifadəçisi olmağınız kifayət edəcəkdir.Əgər kompterinizdə Power BI Desktop yoxdursa,onu Microsoftiun rəsmi saytından asanlıqla endirə və quraşdıra bilərsiniz.

Eyni zamanda dərslərə əlavə etdiyim .pbix faylını da endirərək,özünüz praktika etmək imkanı əldə edəcəksiniz.Yaxşı olar ki dərslərə baxdıqca paralel olaraq siz də əməliyyatları təkrar edəsiniz.Təbii ki yaranmış istənilən problemdə qeyd etdiyim ünvanlarımız ilə əlaqə saxlaya bilərsiniz.Bu problemlərin aradan qaldırılması üçün əlimizdən gələni edəcəyimizə əmin ola bilərsiniz.İndi isə nələr öyrənəcəyimizə baxmaq üçün aşağıda sadalananları oxumaq kifayətdir.

Kursun strukturuna nəzər salaq:

  1. Giriş:

    • Kursa xoş gəlmisiniz!

    • Hesablanmış sütunlar nədir?

    • Ölçü anlayışı

    • Öyrənmək üçün bizə qoşul!

    • Faydalı mənbə və linklər

  2. DAX-da istifadə edilən əsas funksiyalar:

    • Aggregation Functions

    • X Aggregations Functions

    • Dəyişənlərin istifadə edilməsi

    • Date/Time funksiyaları

    • Cədvəl funksiyaları

  3. Filter anlayışı:

    • Cədvəlin filterlənməsi

    • Filterlərin atılması

    • Qarışıq filterlər

    • DISTINCT funksiyası

    • RELATEDTABLE funksiyası

  4. Qiyməntləndirmə Kontekstləri:

    • Qiymətləndirmə Kontekstləri nədir?

    • Sətir və Filter konteskti

    • Kurs ilə bağlı slaydlar

Kursun strukturuna nəzər saldıqdan sonra,artıq başlaya bilərik.Bu maraqlı DAX səyahətində hamınıza uğurlar arzu edirəm!

Who this course is for:

  • Data Analitiklər
  • Marketinq Analitiklər
  • HR-lar
  • DAX dilinə marağı olan hərkəs

Instructor

İBAR-da Data Analitika və Hesabatlılıq üzrə mütəxəssis
Emin Məhərrəmli
  • 4.9 Instructor Rating
  • 18 Reviews
  • 455 Students
  • 1 Course

Salam,mən Emin Məhərrəmli.2014-2018-ci illər arasında Bakı Dövlət Universitetində təhsil almışam.

Hazırda Azərbaycan Beynəlxalq Bankında data analitika və hesabatlılıq üzrə mütəxəssis olaraq çalışıram.

Eyni zamanda İş Zəkası alətlərindən biri olan Microsoft Power BI üzrə təlimçiyəm.

Həmçinin ilk dəfə data analizi platformamızla birlikdə Microsoft Power BI-ın Azərbaycan dilində olan kitabını dərc etmişik.Həm Power BI,həm də DAX ilə bağlı yazdığım məqalələr çox sayda oxuyan tərəfindən rəğbətlə qarşılanır.

Ümid edirəm ki ,hazırladığımız bu kurslar vasitəsilə Microsoft Power BI-ı və DAX dilini detallı şəkildə mənimsəmək şansınız olacaqdır.