
"Cisco sertifikatları və CCNA imtahanı haqqında tez-tez verilən suallar" başlıqlı bu dərsimizdə, Cisco sertifikatlarından, CCNA 200-301 imtahanından bəhs edilmişdir və imtahanla bağlı ən çox verilən suallara cavab verilmişdir.
"Şəbəkə nədir?" başlıqlı ilk dərsimizdə, şəbəkə dərslərinə giriş etmiş olduq. Növbəti dərslərdən etibarən əsas nəzəri və praktiki mövzulara keçid edəcik. Hər kəsə uğurlar!
"Şəbəkə kabelləri" adlı bu dərsimizdə, şəbəkə yaradan zaman istifadə edilən kabel növlərindən, hansı məqsədlə istifadə olunmalarından, hansı kabellərin daha yaxşı olması və onların qiymətlərindən bəhs edilmişdir.
"Şəbəkə protokolları" adlı bu dərsimizdə, şəbəkədə olan qurğuların bir-biri ilə informasiya mübadiləsi edə bilməsi üçün istifadə etməli olduqları protokolun nə demək olduğunu sadə formada izah etmişəm.
Şəbəkə yaradan zaman ən çox istifadə edilən komponentlərdən, qurğulardan olan kompüterlər şəbəkədəki funksiyalarından asılı olaraq müxtəlif terminlərlə adlandırılırlar. Bu dərsdə, istifadə olunan bu əsas terminlərin nə olduqları, funksiyaları və fərqləri bəhs edilmişdir.
"Peer-to-peer (P2P) şəbəkəsi" adlı bu dərsimizdə, peer-to-peer şəbəkəsinin nə olduğundan, üstün cəhətlərindən və Client-Server(Host) şəbəkəsi ilə aralarında olan fərqlərdən bəhs edilmişdir.
"Şəbəkə qurğuları" adlı bu dərsimizdə, şəbəkə yaradan zaman istifadə edilən qurğulardan, yəni avadanlıqlardan (komponentlərdən) bəhs edilmişdir.
"Fiziki və məntiqi topologiya" adlı bu dərsimizdə, şəbəkə yaradan zaman istifadə edilən qurğuların fiziki və məntiqi olaraq yerləşdirilməsindən, fiziki və məntiqi topologiyaların nə olduğundan və onların bir-birlərindən olan fərqlərindən bəhs edilmişdir.
"Şəbəkə topologiyaları və növləri" adlı bu dərsimizdə, şəbəkə topologiyalarının növlərindən və hər birinin ayrı-ayrılıqda üstün və çatışmayan xüsusiyyətlərindən, informasiyanın ötürülməsinin necə başa verməsindən (iş prinsipi) bəhs edilmişdir.
"Müxtəlif ölçüdə olan şəbəkələr" adlı bu dərsimizdə, şəbəkə infrastrukturlarının müəyyən xüsusiyyətlərə görə bir-birindən fərqlənən müxtəlif növlərindən bəhs edilmişdir.
"Lokal şəbəkə (LAN) nədir?" adlı bu dərsimizdə, lokal şəbəkənin nə olduğundan, üstün cəhətlərindən, sadə bir lokal şəbəkənin necə qurulmasının praktiki olaraq virtualda ("Cisco Packet Tracer" adlı proqramda) göstərilməsindən bəhs edilmişdir.
"Qlobal şəbəkə (WAN) nədir?" adlı bu dərsimizdə, qlobal şəbəkənin nə olduğundan, hansı şəbəkələrin qlobal şəbəkə olmasından bəhs edilmişdir.
"OSI modeli" adlı bu dərsimizdə, OSI modeli mövzusuna giriş etmiş olduq. Bu dərsdə OSI modelinin yaranma tarixi və məqsədindən, səviyyələrindən və OSI modelinə əsaslanan 2 şəbəkə qurğusu arasında informasiya ötürülərkən onun necə ötürülməsi prinsipindən, prosesindən bəhs edilmişdir. Növbəti dərslərdə isə OSI modelinin səviyyələrini ayrı-ayrılıqda nəzərdən keçirəcik.
"OSI modeli (Fiziki səviyyə)" adlı bu dərsdə, OSI modelinin ən aşağı səviyyəsi olan Fiziki səviyyə haqqında məlumatlar verdim. Növbəti dərslərdə isə OSI modelinin digər səviyyələrini də ayrı-ayrılıqda nəzərdən keçirəcik.
"Bandwidth (band genişliyi/bps) termini" adlı bu dərsdə, bandwidth (bps) terminini nəzərdən keçirdik. Həmçinin nümunə sual həll edərək nəzəri bilikləri daha da möhkəmləndirdik.
"Şəbəkənin əsasları" adlı bu fəsildə, şəbəkə sahəsinin əsaslarını, şəbəkə ilə bağlı təməl terminləri, ifadələri öyrənəcəksiniz. Xüsusilə 0-dan başlayanlar üçün daha faydalıdır. Şəbəkənin alt bazasının yaradılması barədə məlumatlar da bu fəsildə verilmişdir. Bu videonu paylaşaraq kanalımızın daha da böyüməsinə köməklik göstərsəniz məmnum olaram. Diqqətiniz üçün təşəkkürlər! Bu kurs Təbriz Osmanlı tərəfindən tərtib edilmişdir.
Kursun Məzmunu: şəbəkənin əsasları, proqram təminatı resursları, aparat təminatı resursları, şəbəkə yaratmaqda məqsədimiz, şəbəkə kabelləri və onların növləri, kabellərin informasiyanı ötürə bildiyi maksimum məsafə, kabellərin informasiyanı ötürə bilmə sürətləri, mis, fiber və simsiz əlaqələr, şəbəkə protokolu, mənbə (source) və mənsəb (destination) qurğular, client və onun funksiyası, server və onun funksiyası, client və server arasındakı fərqlər, host termini, client-server şəbəkəsi, peer-to-peer (P2P) şəbəkəsi, peer-to-peer (P2P) şəbəkəsinə aid nümunə, peer-to-peer (P2P) şəbəkəsi ilə client-server şəbəkəsi arasındakı fərqlər, "end devices" və "intermediary devices" termini, "şəbəkə topologiyaları" termini, fiziki və məntiqi topologiyalar, şəbəkə topologiyalarının növləri, şin topologiyası (bus topology), halqa topologiyası (ring topology), ulduz topologiyası (star topology), genişləndirilmiş ulduz topologiyası (extended star topology), şəbəkə topologiyası (mesh topology), müxtəlif ölçülərdə olan şəbəkələr, kiçik ev şəbəkəsi və SOHO (Small Office and Home Office) şəbəkəsi, orta və ya böyük şəbəkələr, ümumdünya şəbəkəsi, lokal şəbəkə (LAN - Local Area Network), ən sadə lokal şəbəkə, lokal şəbəkələrin genişləndirilməsi, lokal şəbəkədə olan qurğulara IP'lərin təyin edilməsi, Cisco Packet Tracer'da qurğulara IP'lərin təyin edilməsi, "Ping" əmrinin icra edilməsi, iki müxtəlif lokal şəbəkənin bir-biri ilə əlaqələndirilməsi, lokal şəbəkələrin üstün cəhətləri, qlobal şəbəkə (WAN - Wide Area Network), modem və ISP'nin qlobal şəbəkədəki rolu, ən böyük qlobal şəbəkə, OSI modelinin yaradılma məqsədi, OSI modelinin səviyyələri, OSI modeli üzərindən informasiyanın (datanın) ötürülməsi prinsipi, fiziki səviyyə, fiziki səviyyədə işləyən qurğu və protokollar, bandwidth (bps) termini.
Hər kəsə uğurlar!
Hörmətlə: Təbriz Osmanlı, "TV MMC" ©