
Xoş gördük!
Bilirəm ki, hər yerdən birşey eşidirsiniz. Amazondan suspend aldım, pulum batdı, ən yaxşısı budur, bu iş modeli daha yaxşıdır, amazon çətindir, mağaza açmaq olmur bunun kimi onlarla sual. Bu təlimdə siz bütün suallarınızın cavabını tapcaqsınız. Baku Business Academy komandası olaraq etdiyimiz bütün təcrübələrə əsasən bu yolda sizə dəstək olmağı hədəfləmişik. Sizlər üçün ən yaxşı düzgün yolun necə olacağını bu yolda qarşınıza nələrin çıxacağının özətini keçməyə çalışmışıq. Bu işə başlamazdan əvvəl bu təlimə baxın ki, hansı iş modelini seçəcəyinizə əmin olasınız. Əlavə olaraq suallarınızı bizə ünvanlaya bilərsiniz. Amazon öyrənərək həyatınızı dəyişmək mümkündür. Ən əsası zaman ayırmaq öyrənmək və inkişaf etməkdir! Hərkəsə uğurlar...
Nəyə görə AMAZON?
Hal-hazırda dünyada bir çox bazar var. Siz həmçinin öz veb saytınızı yarada və saytınızdan satış edə bilərsiniz. Bütün bu imkanlar olduqda, düşünə bilərsiniz ki, mən niyə Amazonda satmalıyam. Gəlin bu suala dərhal cavab verək.
Əvvəla, Amazon dünyanın ən böyük e-ticarət bazarıdır. Yəni günümüzün ən böyük ticarət mərkəzinə çevrilib. Klassik biznes bənzətməsi etsək, öz veb saytınızı qurarkən, müəyyən bir ərazidə əyani bir mağaza açdığınızı düşünə bilərsiniz. Ancaq Amazonda satıcı olduqda, ən böyük və ən canlı ticarət mərkəzində bir mağaza sahibi olursunuz. Yaxşı bir alış-veriş mərkəzindəki insan axını, tək kənarda yerləşən bir mağazadakı insan trafikindən qat-qat yüksəkdir. Daha çox müştərinin olduğu bir mühitdə satış rəqəmlərinizin yüksək səviyyədə olması daha asan olacaq.
Təlimçi; Mübariz Arefi