
Stuxnet-i kim yaradıb
Stuxnet nə edib
Necə təyin olunub
Zərərləri nə olub
Stuxnetin yaradılmasında əsas məqsəd və s.
-------------------------------------------------------------------------------------------------------------------------------------------------
Microsoft office-in istənilən bir proqramında macro virus yaradın.
Uyğun screenshotları və yazdığınız kodu da reporta yerləşdirməyi unutmayın.
Ev tapsirigi:
Asagidaki otagi hell edib,report hazirlamaq
https://tryhackme.com/room/ohsint
Məlumatı hashləmək üçün sayt
https://emn178.github.io/online-tools/
SHA256 + Salt Hash Generator
https://www.symbionts.de/tools/hash/sha256-hash-salt-generator.html
Hash Type Identifier - Identify unknown hashes
https://hashes.com/en/tools/hash_identifier
MD5 Decryption
https://www.md5online.org/md5-decrypt.html
Free Password Hash Cracker
https://crackstation.net/
CyberChef
https://gchq.github.io/CyberChef/
Hashcat example hash
https://hashcat.net/wiki/doku.php?id=example_hashes
Tapsiriqlar
https://tryhackme.com/room/nmap01
https://tryhackme.com/room/furthernmap
https://tryhackme.com/room/burpsuitebasics
https://tryhackme.com/room/burpsuiterepeater
Kliyent və serverlər
İnternetə qoşulmuş kompüterlər kliyent və serverlər adlanır. Onlar arasındakı qarşılıqlı əlaqənin sadə sxemi aşağıdakı kimi təsvir oluna bilər:
Kliyentlər qurğular (məsələn, kompüter Wi-Fi moduluna və ya telefon mobil şəbəkəyə qoşulub) və bu cihazlara quraşdırılmış proqram təminatı (adətən brauzer, məsələn Firefox və ya Chrome) vasitəsilə internetə qoşulan adi istifadəçilərdir.
Serverlər - bu, veb səhifə, sayt və ya proqramları saxlayan kompüterlərdir. Kliyentin cihazı veb səhifəyə daxil olduqda səhifənin surəti serverdən kliyentin kompüterinə yüklənir.
Alətlər panelinin digər hissələri
Yuxarıda haqqında danışdığımız kliyent və server bütün məqamlara aydınlıq gətirmir. Bir çox başqa komponentlər mövcuddur və onlara bir-bir nəzər salacağıq.
Gəlin təsəvvür edək ki, Veb - bu, bir yoldur. Yolun bir tərəfi evi təmsil edən kliyent, digər tərəfi isə mağazanı təmsil edən serverdir. Siz mağazadan nəsə almaq istəyirsiniz.
Kliyent və serverdən başqa, biz aşağıdakılara da diqqət etməliyik:
İnternet bağlantı: məlumatları internet üzərindən ötürməyə və onları qəbul etməyə imkan yaradır. O, ev və mağaza arasındakı küçə kimi başa düşülə bilər.
TCP/IP: Transmissiya İdarəetmə Protokolu və İnternet Protokolu məlumatların internet üzərindən necə ötürülməsini müəyyənləşdirən rabitə protokollarıdır. Bu, sifariş etməyə, mağazaya gedib məhsulu satın almağa imkan verən nəqliyyat mexanizmi kimidir. Bizim nümunəmizdə bu, avtomobil və ya velosiped ola bilər.
DNS: Domen Adları Sistemi veb saytlar üçün ünvan kitabını xatırladır. Siz brauzerin ünvan sətrində veb ünvanı daxil edən zaman brauzer veb saytın həqiqi ünvanını tapmaq üçün DNS-ə müraciət edir. Brauzer saytın hansı serverdə yerləşdiyini öyrənməlidir ki, HTTP sorğunu düzgün ünvana göndərə bilsin. Bu, mağazanın ünvanını tapmağa bənzəyir ki, siz ora daxil ola bilərsiniz.
HTTP: Hypertext Transfer Protocol - bu, kliyent və serverlərin bir-biri ilə əlaqə qurmaları üçün dil müəyyənləşdirən bir protokoldur. Məhsul sifariş etmək üçün istifadə olunan dilə bənzəyir.
Komponentlərin faylları: sayt bir neçə müxtəlif fayldan ibarətdir. Bu, mağazada məhsullardan ibarət müxtəlif şöbələrə bənzəyir. Bu fayllar iki əsas növə bölünür:
Kod faylları: saytların qurulmasında ilk növbədə HTML, CSS və JavaScript-dən istifadə olunur, digər texnologiyalarla sonra tanış olacaqsınız.
Materiallar: Bu, saytı formalaşdıran digər bütün materiallar (şəkil, musiqi, video, PDF və Word sənədlər) üçün toplu addır.
Bəs əslində nə baş verir?
Siz brauzerin ünvan sətrində veb ünvan daxil etdikdə (bu, bizim nümunəmizdə mağazaya getməyə bənzəyir):
1. Brauzer DNS serverə müraciət edir və saytın yerləşdiyi serverin həqiqi ünvanını axtarıb tapır (Mağazanın ünvanını tapırsınız).
2. Brauzer serverə HTTP sorğu göndərir və ondan saytın surətini kliyentə göndərməyi istəyir (mağazaya gedərək məhsul sifarişi edirsiniz). Bu məlumat, həmçinin müştəri ilə server arasında ötürülən bütün digər məlumatlar TCP/IP protokolu vasitəsilə internet üzərindən ötürülür.
3. Server kliyentin sorğusunu qəbul etdikdə ona "200 OK" statusu göndərir (bu o deməkdir ki, "əlbəttə, bu sayta baxa bilərsiniz!") və bundan sonra saytın məlumatlarını brauzerə paket məlumatları adlandırılan kiçik hissələr şəklində göndərməyə başlayır (mağaza aldığınız malı sizə verir və onu evə aparırsınız).
4. Brauzer həmin kiçik hissələri bütöv sayt şəklində toplayaraq onu sizə göstərir (məhsullar qapınızdadır - yeni mallar, əla!).
DNS
Real veb ünvanları yadda saxlamaq çətindir, çünki onlar, məsələn: 63.245.215.20 kimi xüsusi nömrələrdən ibarətdirlər.
Bu, xüsusi nömrələrdən ibarət sətir IP ünvan adlanır və internetdə unikal məkanı təmsil edir. Ancaq onu yadda saxlamaq asan deyil, elə deyilmi? Məhz buna görə DNS (Domain Name Servers - Domen Adları Sistemi) yaradılıb. Bu, brauzerin ünvan sətrinə daxil etdiyiniz veb ünvanı (məsələn, "codecourse.info") saytın real IP ünvanı ilə əlaqələndirən xüsusi serverlərdir.
Saytlara onların IP ünvanı ilə də müraciət etmək mümkündür. Məsələn, IP Checker kimi servisə veb saytın domenini daxil etməklə onun IP ünvanını tapa bilərsiniz.
Paketlər
Biz serverdən kliyentə ötürülən məlumatların formatını təsvir etmək üçün "paket" terminindən istifadə etmişdik. "Paket" dedikdə biz nəyi nəzərdə tuturuq? Məlumatlar internet üzərindən ötürüldükdə çoxsaylı müxtəlif şəbəkə istifadəçisinin eyni saytı eyni anda yükləyə bilməsi üçün minlərlə kiçik hissə şəklində göndərilir. Əgər saytlar tək böyük hissə şəklində göndərilmiş olsaydı, yalnız bir istifadəçi onu bir anda yükləyə bilərdi və bu, internetdən istifadəni səmərəsiz edərdi.
Günümüzdə kiber təhlükəsizlik durmadan inkişaf edir və bu sahəyə tələb durmadan artır.Tələbin artması da özlüyündə bu sahəyə olan marağı da artırır.
Sosial mühit inkişaf etdikcə buradakı təhlükələr də artır və insanların bunlardan xəbərdar olması vacibdir.Əks halda onların olası təhlükələrlə qarşılaşması qaçılmazdır.Ona görə də bu kurs sizə bu təhlükələrdən müdafiə olunmağa və başqalarını da müdafiə etməyə yardımcı olacaq.İndi isə kurs haqqında məlumat vermək istərdim.
Bu, kibertəhlükəsizlik üzrə peşəkarlar tərəfindən tələb olunan bacarıqlara diqqət yetirməklə, yeni başlayanlar və orta səviyyəlilər üçün nəzərdə tutulmuş 7 aylıq kibertəhlükəsizlik təlim kursudur.
Kibertəhlükəsizlik təlimi sizə şəbəkənizi, evinizi və həmçinin özünüzü qorumaq üçün lazım olanları əsaslandırmaq üçün nəzərdə tutulmuşdur. Bu kurs Etichal Hacking,Python Proqramlaşdırma, Active Directory Pentest və Web Application Penetration Testing,Firewall Configuration kimi kibertəhlükəsizliyin bir çox sahələrini əhatə edir.
Kursumuz kiber təhlükəsizliyin bir çox aspektlərini əhatə etmək üçün nəzərdə tutulmuşdur:əsas biliklərdən qabaqcıl hücumlar və hakerlik üsullarına qədər. Kurs, giriş materialından qabaqcıl hakerlik üsullarına qədər hər şeyi əhatə edən hərtərəfli sillabusla hər təcrübə səviyyəsi üçün uyğundur.
7 aylıq onlayn kibertəhlükəsizlik təlimi eJPT, eWPT və CRTO sertifikatlaşdırma imtahanlarından keçməyinizə kömək edəcək əhatəli təhsil proqramıdır. Kurs mövzuya vahid yanaşma təqdim edir və bu çətin sertifikatlaşdırma testini mənimsəmək üçün tələb olunan bütün texniki, praktiki və mexaniki komponentləri əhatə edir.