Udemy
    •  
    •  
    •  
    •  
    •  
    •  
    •  
    •  
Turn what you know into an opportunity and reach millions around the world.
Learn More
Your cart is empty.
Keep shopping
Bədii Gimnastika üzrə 5-7 yaşlılar üçün məşq təlimatı
Rating: 5.0 out of 5(3 ratings)
12 students

Bədii Gimnastika üzrə 5-7 yaşlılar üçün məşq təlimatı

Peşəkar məşqlərin bütün sirləri artıq bu kursumuzda!
Last updated 9/2021
Azerbaijani

What you'll learn

  • Peşəkar məşqçilər tərəfindən tərtib olunan kontent
  • 5-7 yaş qrupunun bədii gimnastika üzrə tam məşq materialları
  • Bütün hərəkətlərin aydın və detallı video - izahı
  • Yekun bilikləri yoxlayan praktiki testlər

Course content

13 sections620 lectures2h 22m total length
  • Bədii gimnastika üzrə 5-7 yaşlı gimnastlar üçün təlimat:0:47
  • Dairə üzrə normal qaçış (ən azı 3 dəqiqə)0:23
  • 2. Qolları irəli uzadaraq budun yuxarı (90°) qaldırılması ilə qaçış0:13
  • Qolları arxaya uzadaraq və budları arxaya ataraq qaçış0:12
  • Əllər beldə və ayaqları yan tərəflərə ataraq qaçış0:14
  • Əllər beldə və ayaqları irəli düz ataraq qaçış0:14
  • Əllər beldə və ayaqları düz şəkildə arxaya ataraq qaçış0:14
  • Tənəffüs hərəkətləri0:25
  • Çömbələrək addımlama - qaz yerişi0:55
  • Addımlayarkən ovuclar döşəməyə toxunana kimi irəli əyilmək0:49
  • Əllər beldə addımlayarkən yana əyilmək0:43
  • Başın dairəvi hərəkətləri0:24
  • Əllər beldə addımlayaraq, çiyinlərin növbə ilə irəli və geri dairəvi hərəkətləri0:21
  • Qollar yana, barmaq uclarında addımlar0:32
  • Dizlərin düz, qolların arxada olması şərtilə daban üstündə addımlamaq0:25
  • 5-7 yaşlı gimnastlar üçün diaqonal üzrə isinmə hərəkətləri
  • Diaqonal üzrə barmaqucu addımlama0:15
  • İrəli əyilmə0:50
  • Yana əyilmə0:45
  • Arxaya əyilmə0:48
  • Dairəvi bədən hərəkətləri0:55
  • Böyük dairəvi gövdə hərəkətləri0:34
  • Yanakı böyük dairəvi gövdə hərəkətləri0:25
  • Körpü hərəkəti vəziyyətində gəzmə0:15
  • Yerdə diyirlənmə0:13
  • Yanakı mayallaq aşma0:11
  • İki ayaq üzərində sıçrayışlar0:08
  • Oturaq vəziyyətdən tullanmaq0:09
  • İki ayaqla birgə gövdəni döndərərək sıçrayışlar0:15
  • 2 ayaqla sıçrayışlar0:06
  • Tullanışlar qrupu0:06
  • Ayaqları yana aralayaraq tullanışlar0:06
  • Ayaqlar aralı vəziyyətdə tullanmaq0:05
  • “Keçi yerişi” (şosse) hərəkəti0:06
  • Yana “Keçi yürüşü” (şosse) hərəkəti0:06
  • Bir ayaq üzərində tullanışlar0:06
  • İki ayaq üzərində bellə arxaya tullanışlar0:08
  • Süngərlə isinmə hərəkətləri, dayaqla “releve” hərəkəti0:11
  • Dayaq vəziyyətində olan ayaqda “releve” hərəkəti0:17
  • Dayaq vəziyyətində müvazinət hərəkətləri0:23
  • Dayaq vəziyyətində müvazinət hərəkətləri0:20
  • Dayaq vəziyyətində yanakı müvazinət hərəkətləri0:12
  • Üzü dayaq vəziyyətinə müvazinət hərəkətləri0:11
  • Dayaq vəziyyətində yanakı müvazinət hərəkəti0:10
  • Üzü dayaq vəziyyətinə tərəf oturmaq0:16
  • Üzü dayaq vəziyyətinə tərəf müvazinət hərəkətləri0:14
  • Üzü dayaq vəziyyətinə doğru müvazinət hərəkətləri0:17

Requirements

  • İlkin gimnastika bilikləri və təcrübəsi
  • Məşqçi olmaq həvəsi

Description

Bu gün bədii gimnastika sadəcə bir idman növü deyil, həmçinin incəsənət və idmanın harmoniyada olduğu bir tandemdir. Bədii gimnastika təkcə güc, dözüm və çevikliklə məhdudlaşmır. İdmançılar qarşısında olduqca çətin bir vəzifə durur: onlar ritmi hiss etməli, bunun üçün ifadəli hərəkətləri seçməlidirlər.


Başqa sözlə: gimnastlar özlərində estetik mənəviyyatı inkişaf etdirməlidirlər. Axıcı, çevik, ahəngdarolan gimnastika, akrobatika və rəqs hərəkətlərindən (ip, halqa, top, gürzlər, lent) ibarət kompleks birləşmələr, gözəl musiqi ilə müşayiət olunur. Bədii gimnastika məhz budur. Uşaqlar üçün bədii gimnastika harmonik fiziki inkişafa imkan yaradır, estetik cəhətdən inkişafa kömək edir, zövqü formalaşdırır.

Gimnastika və baletin qarşılıqlı əlaqəsi sayəsində hər hərəkətin koordinasiyası və ifadəli olması (ahəgandarlıq, ritm hissi, zəriflik və hətta artistizm də daxil olmaqla) inkişaf etdirilir. Hər hansı bir rəqsin əsasını baza və fundamental dərsləri (gərilmə, elastiklik, güc yükləri) təmin edən klassik xoreoqrafiya təşkil edir. Bu cür xoreoqrafiya gündəlik həyatda aktualdır və sadədir - yaxşı duruş, axıcı yeriş... Hər növ rəqsin, idmanın ayrılmaz əsas hissəsi olan akrobatika daha dayanıqlı olmaq və məkanda istiqamətlənmək, özünümüdafiə bacarıqlarını inkişaf etdirməyə kömək edir.

Artıq qeyd edildiyi kimi, bədii gimnastikada hərəkətlər alətlərlə yerinə yetirilir (ip, halqa, top, gürzlər, lent), lakin bəzən gimnastlar bunlar olmadan da çıxış edirlər.

Ancaq dünya səviyyəli yarışlarda alətlərin olması tələb olunur. Yarışın qalibləri ayrı-ayrı alətlər və qrup hərəkətləri proqramı üzrə müəyyənləşdirilir.

İlkin hazırlığın əsas vəzifələri:

1. Bədənin gücləndirilməsi və orqanizmin bütün orqanlarının və sistemlərinin ahəngdar inkişafı.

2. Düzgün qamət və hərəkətlərin icrasında gimnastika üslubunun (məktəb) formalaşması.

3. Hərtərəfli, tarazlaşdırılmış ümumi və xüsusi fiziki hazırlıq (fiziki qabiliyyətlərin ilkin inkişafı).

4. Ən sadə xoreoqrafiya məşqlərində, alətsiz və alətlərlə təməl bacarıqların mənimsənilməsi.

5. Alətsiz və alətlərlə ilkin, əsas və sadə baza elementlərinin mənimsənilməsi.

6. Xüsusi keyfiyyətlərin inkişafı: rəqs, musiqi, ifadəlilik və yaradıcılıq fəallığı.

7. Bədii gimnastikaya marağın aşılanması, nizam-intizam, səliqəlilik və çalışqanlığın inkişaf etdirilməsi.

8. Nümunəvi çıxışlarda, yoxlama məşqlərində, uşaq yarışlarında iştirak.


Peşəkar məşqçilər tərəfindən hazırlanan 14 istiqamətdə, 128 dəqiqəlik praktiki və aydın izahlı tam təlim kursuna indi qatılın, öyrənməyə başlayın!


Who this course is for:

  • 5-7 yaş qrupu üzrə bədii gimnastika məşqçisi olmaq istəyən hər kəs